Mojo.az Banner
21:44 Cəlilabadda üzərində xəsarət izi olan yeniyetmə meyiti tapılıb  |     21:25 Üç saat ərzində daha 5 nəfər İrandan Azərbaycana təxliyə olundu  |     21:23 Türkiyənin Baş Ombudsmanı Azərbaycanın səfiri ilə görüşdü  |     21:08 Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib  |     20:51 Tahir İmanov onları məhkəmə ilə hədələdi  |     20:46 İran İsrailə yeni raket zərbələri dalğasına başladı  |     20:46 Zelenski: "Rusiya və ABŞ ilə üçtərəfli danışıqlar gələn həftəyə təxirə salınıb"  |     20:40 "Google Maps"dən Bakı ilə bağlı YENİLİK  |     20:40 "İt kimi tutmuşam" deyib zorakılığı canlı yayımladılar: Məhkəmədə şok faktlar  |     20:32 Rusiyada Alla Puqaçovadan 5 milyon təzminat tələb olunur  |     20:26 Britaniya Yaxın Şərqə təxliyə üçün gəmi göndərir  |     20:20 ABŞ-nin Torontodakı konsulluğu yaxınlığında atışma baş verib  |     20:13 Bacısını salona icazəsiz getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən şəxsə AĞIR CƏZA  |     19:58 Cavanlaşmaq üçün üzü duzla yumağın faydaları  |     19:50 Azərbaycanda məmurun qızı xəstəlikdən vəfat etdi – FOTO  |     19:41 Ən cəsur bürc: Heç nədən qorxmurlar  |     19:35 Rusiya ordusu Ukraynanı bombaladı  |     19:27 Aİ lideri: Yaxın Şərqdə müharibədən qazanclı çıxan yeganə tərəf Rusiyadır  |     19:20 Stressin xərçəngə səbəb olduğu isbat olundu  |     19:13 Üç kəndin adı dəyişdirilir - SİYAHI  |    
Left Banner
Right Banner

Əflatun Amaşov Elmar Vəliyevə silahlı hücum edilməsi xəbərlərinə MÜNASİBƏT BİLDİRDİ

04.07.2018 17:14 1 626
Əflatun Amaşov Elmar Vəliyevə silahlı hücum edilməsi xəbərlərinə MÜNASİBƏT BİLDİRDİ
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücumla bağlı yanlış məlumatlar yayılmaqdadır.

Bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib. Qurum sədri icra başçısının yalandan ölüm xəbərlərini yayanları sərt tənqid edib.

“Silahlı hücum həqiqətən də olub və bunu edən şəxs saxlanılıb. Hadisə nəticəsində icra başçısının mühafizəçisi yaralanıb. Onun özünün vəziyyəti yaxşıdır.

Lakin bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə profilləri E.Vəliyevin həyatını itirdiyinə dair deyilənləri fakt kimi ictimailəşdirməyə çalışırlar.

Bir qrup isə məsələni dünən və bu gün ölkədə yaranmış elektrik enerjisi problemi ilə əlaqələndirərək öncəgörücülük edir, mülahizələr yürüdürlər”.

Əflatun Amaşov deyir ki, söhbət ölkənin ikinci böyük şəhərinin ölkə Prezidenti tərəfindən təyin edilmiş başçısından gedir:

“Hazırkı durumda jurnalist peşəkarlığı yalnız rəsmi məlumatlara istinaddan, dedi-qodulara əhəmiyyət verməməkdən keçir. Çox istərdim ki, media təmsilçilərimiz buna xüsusi diqqət yetirsinlər. Cəmiyyətdə çaşqınlıq yarada bilmə ehtimalı yüksək olan fikir və düşüncələrin ictimai rəydə reallıq kimi qəbul olunmaması son dərəcə vacibdir”.скачать dle 11.3
Mojo.az Banner