Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi | 11:50 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi |
Mojo.az Avto
Mojo.az Avto

Hərbi bileti olmayanlar harda işləyə bilər? - Azərbaycanda qadağa yox imiş

10.06.2018 22:46 14 187
Hərbi bileti olmayanlar harda işləyə bilər? - Azərbaycanda qadağa yox imiş
Vətəninin keşiyində dayanmaq, hərbi xidmət keçmək yetkinlik yaşına çatan hər bir sağlam vətəndaşın borcudur. 

Bəzən obyektiv və subyektiv səbəblərdən hərbi xidmətə getməyən şəxslərə süni maneələr yaradılır. 

Bu maneə özünü əsasən dövlət orqanlarına işə düzəlmək istəyərkən göstərir.

Bəs görəsən Azərbaycan Respublikasının qanunlarına görə, hərbi bileti olmayan şəxslər dövlət orqanında işləyə bilərmi? Yaxud, işə qəbul edilərkən onlardan hərbi bilet tələb edilə bilərmi? Bir sözlə, hərbi xidmətdə olmayanlar harada işləyə bilərlər?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında deyir ki, qanunvericilikdə hərbiləşdirilmiş qurumlardan başqa digər orqanlara hərbi xidmət keçməməyə görə işə qəbulu qadağan edən hər hansı müddəa yoxdur: 

"Hərbi xidmət keçməməyə görə işə qəbul edilməsindən imtina olunması Əmək Məcəlləsinə ziddir. Əmək Məcəlləsində qeyd olunur ki, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Bu sənədlərdən əlavə hər hansı sənədin tələb edilməsi qanunsuzdur. Əlbəttə işləyə bilərlər. Hərbi xidməti keçməməyin üzrlü səbəbləri var. Bəlkə də bəzi hüquq mühafizə orqanları qadağalar qoyur, ola bilər. Amma dövlət qulluğundan azad olunanlar imtahan verib işə qəbul olunurlar”.//cebhe.info 

Son xəbərlər