Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı |
Mojo.az Avto
Mojo.az Avto

Sərxoş sürücü və qız DYP-dən belə qaçdı - VİDEO

05.06.2018 17:21 5 128
Sərxoş sürücü və qız DYP-dən belə qaçdı - VİDEO
Bakıda səhər saatlarında yol qəzası baş verib.

Median.Az
“carclub.az” saytına istinadən xəbər verir ki, qəza “Koroğlu” metro stansiyası istiqamətindən Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfə gedən yolda qeydə alınıb.

Belə ki, “Toyota Camry” markalı, 90 RL 404 dövlət nömrə nişanlı avtomobil 99 YP 366 nömrə nişanlı Dövlət Yol Polisi maşınından qaçarkən yol qəzası törədib.

Oxucumuz tərəfindən göndərilən videodan “Toyota Camry” markalı avtomobilin yüksək sürətlə Qara Qarayev metro stansiyası istiqamətindən yola çıxdığı görünür. Bu zaman kadrda DYP maşını görünür.

Daha sonra hər iki avtomobil yüksək sürətlə videoregistrator olan avtomobildən uzaqlaşırlar. Bir müddətdən sonra Bakixanov qəsəbəsi istiqamətdə döngədə avtomobili artıq qəza törətmiş vəziyyətdə görürük.

Qəza anı videoregistrator tərəfindən çəkilməsə də, şahidlərin sözlərinə görə, avtomobilə ciddi ziyan dəyib. Asfalt üzərində “tormoz” izləri qalıb.

Avtomobil idarəetməni itirərək, bordür və ağaca çırpılıb. Daha sonra maşın dayanıb. Videoda sərxoş olduğu hiss edilən sürücü və sərnişin qızın qəza yerindən uzaqlaşdığı da görünür.

Yol-qəza hadisəsində xəsarət alan olmayıb.

Son xəbərlər