Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı iş adamından türkiyəli aktrisaya əxlaqsız təklif – FOTO

05.06.2018 14:35 8 373
Azərbaycanlı iş adamından türkiyəli aktrisaya əxlaqsız təklif – FOTO
Özünü azərbaycanlı iş adamı kimi təqdim şəxs “Instagram” hesabından Türkiyənin məşhur aktrisası Özge Boraka onunla bir gecə keçirməsi qarşılığında bir milyon dollar təklif edib.

Bu barədə aktrisanın özü məlumat verib.

Özge əxlaqsız təklif mesajını sosial media hesabında paylaşıb.

“Azərbaycanlı iş adamıyam. Moskvada yaşayıram. Səninlə bir gecəyə bir milyon dollar... Hesabını de, pulu dərhal göndərim”, - deyə istifadəçi mesajında yazıb.

Borak isə paylaşımına belə aydınlıq gətirib:

“İzləyicilərin mesajını çox paylaşan biri deyiləm. Çox gülməli, ya da maraqlı olanda paylaşıram. Qadın və ya kişi fərq etməz. Hər kəsə olmasa da, bəzilərinə cavab verməyə çalışıram.

Sevgi mesajları da çox olur. Sağ olun. Məncə çoxu normal olur və həddini aşmır. Ancaq bu mesaja nə deyəcəyimi bilmədim. Ən yaxşısı belə deyim; Biz onun serialını çəkmişik, canım”.

Qeyd edək ki, aktrisa “Ihlamurlar altında”, “Küçük kadınlar” və “İstanbullu gəlin” kimi reytinqli seriallarda çəkilib.


Son xəbərlər