Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

UFC döyüşçüsü oktaqona dönməsi üçün təklif olunan iki milyon dolları qəbul etməyib

09.12.2024 15:54 1 569
UFC döyüşçüsü oktaqona dönməsi üçün təklif olunan iki milyon dolları qəbul etməyib
Keçmiş Mütləq Döyüş Çempionatının (UFC) qalibi Demetrius Conson oktaqona qayıtmaq üçün ona təklif olunan iki milyon dollardan imtina edib.

Bu barədə 38 yaşlı amerikalı özünün "X" hesabında özü məlumat paylaşıb.

"Döyüş üçün mənə 2 milyon dollar təklif etdilər! Bundan imtina etdim, çünki daha döyüşmək istəmirəm", - deyə o bildirib.

Conson UFC-də 11 titul müdafiə edib, bu göstərici üzrə rekorda sahibdir. Amerikalı döyüşçü sentyabrın əvvəlində karyerasını bitirdiyini elan edib.

Son xəbərlər