Mojo.az Banner
18:27 Azərbaycanda 5 şirkət ləğv olunur  |     18:21 Sumqayıtda 28 yaşlı oğlan bıçaqlandı, atası saxlanıldı  |     18:17 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır - VİDEO  |     18:05 Bu yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq  |     17:58 Arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən şəxs: "Özümdə deyildim"  |     17:39 Bakıda avtomobil mühərrikləri oğurlandı - Saxlanılan var  |     17:22 Bu ərazilərdə su olmayacaq  |     17:09 Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar  |     17:00 Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı, mərhumun oğlu saxlanıldı (Yenilənib)  |     16:26 Doqquzillik baza üzrə kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı  |     16:12 Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ - FOTO  |     16:09 Yevgeni Kukseviç Azərbaycanda iki vəzifəsini itirdi  |     16:07 "Qarabağ" növbəti ayrılığı açıqladı - FOTO  |     16:06 Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ  |     15:47 Xaçmazda yük qatarının vurduğu şəxs öldü  |     15:22 "Google Maps" qalmaqallı Ontario gölünün adını dəyişdi  |     15:18 Nikolas Maduronun həbsdən ilk görüntüsü yayıldı: Xeyli arıqlayıb - FOTO  |     15:17 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb  |     15:10 Palma yağının gizli təhlükəsi: 3-MCPD nədir? - Ağa Salamov AÇIQLADI  |     15:03 İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb  |    
Left Banner
Right Banner

Xırdalanda insidentə polis qarışdı: Məmur sahibkarın üstünə yeşik atdı

02.06.2018 21:18 5 800
Xırdalanda insidentə polis qarışdı: Məmur sahibkarın üstünə yeşik atdı
Xırdalan şəhərində meyvə-tərəvəz satıcıları ilə məmurlar arasında qarşıdurma yaranıb.

Olay dünən saat 20:00 radələrində Xırdalanın 28-ci Məhəlləsində – “köhnə bazar” kimi tanınan ərazidə yaşanıb.

Məlumata görə, İcra Hakimiyyətinin işçiləri ərazidə meyvə-tərəvəz ticarəti ilə məşğul olan sahibkarları oradan uzaqlaşdırmağa çalışsalar da, onlar bu tələbin əsaslandırılmasını istəyiblər.

Nəticədə məmurlarla sahibkarlar arasında insident baş verib. Şahidlərin bildirdiyinə görə, məmurlardan biri meyvə yeşiyini satıcılardan birinin üstünə atıb və bundan sonra gərginlik daha da artıb.

İzdihamın böyüdüyünü və prospektdə avtomobillərin hərəkətinin çətinləşdiyini görən məmurlar əraziyə polis əməkdaşlarını cəlb ediblər və onların müdaxiləsi sayəsində olay sakitləşdirilib.

Bir neçə sahibkar ticarətçilərin şikayətini rayon rəhbərliyinə çatdırmaq üçün polislərin təklifi və müşayiəti ilə oranı tərk ediblər.//yenicag.azскачать dle 11.3
Mojo.az Banner