FHN-nin polkovniki kitab yazdı: Heç bakirə qızla dul arvad eyni ola bilərmi? - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:02 Azərbaycanda temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir  |     19:41 “Yay musiqi konserti”nin ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq  |     19:34 Tehran aeroportu müharibədən sonra ilk xarici uçuşu qəbul edib  |     19:34 "Moody’s" güclü ehtiyatlar və manatın sabitliyi fonunda Azərbaycanın reytinq tavanlarını yüksəldib  |     19:28 Azərbaycanda kirayə mənzil fonduna daha 359 mənzil əlavə olunub  |     19:21 Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər üçün imtahan keçiriləcək  |     19:16 “Moody’s" Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib  |     19:11 "Atletiko"nun futbolçusu İspaniyanın başqa klubuna keçib  |     19:02 “Azərxalça”nın yığılmış zərəri 24 milyon manatı keçib  |     18:57 MM borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət verilməsi təklifini I oxunuşda qəbul edib  |     18:50 Sabah yağış yağacaq, külək güclənəcək - PROQNOZ  |     18:42 208 nəfər Kəlbəcər sakini itkin düşmüş kimi qeydiyyata alınıb  |     18:37 Ali Məhkəmə: Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər  |     18:30 Romada yanacaqdoldurma məntəqəsində partlayış olub, 21 nəfər yaralanıb  |     18:25 "28 May" metrostansiyasının yaxınlığında qanunsuz qoyulan köşk götürülüb  |     18:19 Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək  |     18:11 Azərbaycan qırıcıları Konyada "fil yürüşü"ndə iştirak edib, digər ölkələrin hərbi təyyarələri ilə birgə uçuş həyata keçirib  |     18:03 FHN: Son iki həftədə qeyri-çimərlik ərazilərdə yeddi nəfər batıb  |     17:58 Ağ Evdə UFC döyüşü keçiriləcək  |     17:50 Suriyanın gerbi dəyişir  |    

FHN-nin polkovniki kitab yazdı: Heç bakirə qızla dul arvad eyni ola bilərmi? - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrinə paylanılan kitab müzakirələrə səbəb olub.

Median.Az
Criminal.az-a istinadən xəbər verir ki, kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə “Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi”dir.

Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb. Bildirilir ki, kitabı oxuyanlar şoka düşüb. Maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məsələlər yer alıb.

Kitabın səhifələrindən birində müəllif yazıb:

“Həya on qisimdir. Onun biri qız aybaşı olarkən gedər; ikincisi ərə gedərkən; üçüncüsü uşaq doğarkən; qalanlarını isə qadın özü ilə qəbirə aparar”.

Daha sonra müəllif yazır: “40 gün dalbadal ət yeyənin əxlaqı, 40 gün dalbadal ət yeməyənin səhhəti pozular”.

Digər səhifədə müəllif mühərrik yağlarından yazaraq belə bir nəticəyə gəlir:

“Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi? Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: “İstəyirsən cavan qalasan, bakirə qızla evlən”. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?”.

Müəllif başqa bir səhifədə yazır:

“Dörd şey insanı cavan ikən qocaldar, bəzən də öldürər: 1-ci tez-tez cinsi əlaqədə olma; 2-ci toxqarına yemək; 3-cü toxqarına çimmək; 4-cü yaşlı qadınla evlənmək. Sanki forsajdasan”.

Bundan başqa Ə.Kazımov təzə maşınlara hansı yağın layiq olmasını da dul qadınlar üzərində “əsaslandırıb”:

“Kim desə ki, boş sözdür, istənilən yağ növünü başqa yağ növ yağlarla qarışdırmaq olar, qəbul etməyin. Əlbəttə, dul arvad üçün köhnə avtomobildəki kimi fərqi yoxdur, hansı yağdır, təki tökülsün. Amma təzə maşına təzə və davamlı yağ layiqdir”.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            11 006 01.06.18 12:16