Mojo.az Banner
20:57 Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq (TƏFƏRRÜAT)  |     20:44 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib  |     20:25 "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi  |     19:59 Mütəlim Dəmirovun avtomobilini vurub qaçıblar  |     19:39 "Port Baku"da ev yanır - VİDEO  |     19:36 Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı  |     19:34 Yeddi körpənin yanaraq öldüyü mərkəz təmir ediləcək  |     19:11 Alı Alıyev özünə yeni köməkçi təyin etdi  |     18:50 Son bir həftədə təbiətə 228 min ziyan vuruldu  |     18:33 Dövlət ittihamçısı Hüseyn Həsənova 6 il həbs cəzası istədi  |     18:32 "Space" TV-də yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     18:21 "Bank BTB"nin lisenziyası ləğv edildi  |     18:10 Azərbaycanın U-18 yığması Avropa çempionatının B Divizionunda növbəti matçını keçirib  |     18:04 ƏƏSMN-in xidməti maşınlarının sayı artırıldı - ƏMR  |     17:54 Qazini cərəyan vurub öldürdü  |     17:49 Şamaxıda kişi bıçaqlandı: Oğlu saxlanıldı  |     17:43 Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?  |     17:30 150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb  |     17:27 Bakı Qızlar Universitetinin bağlanmasının pərdəarxası: Ekspert vacib məqamlara toxundu  |     17:22 Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?  |    
Left Banner
Right Banner

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq

29.05.2018 13:55 1 753
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 30-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 30-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 30-da Abşeron yarımadasında komfort temperatur şəraiti və meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.oxскачать dle 11.3
Mojo.az Banner