Mojo.az Banner
23:02 Hər gün yoqurt yesəniz, bağırsaqda nə baş verər?  |     22:54 Goranboyda minik maşını traktora çırpıldı, xəsarət alan var  |     22:48 Məsumə Babayevanın dəfn yeri və vaxtı məlum oldu  |     22:40 İraq əcnəbi məhbusları ölkələrinə təhvil verəcək  |     22:36 Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır  |     22:29 Neftçalada yanvar faciəsinin şahidi: Əsgərlərin vəhşiliyini sözlə ifadə etmək çətindir  |     22:24 Şirvanda 36 yaşlı şəxs toyda tanımadığı şəxs tərəfindən bıçaqlanıb  |     22:06 Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT (Video)  |     21:58 Qurban Qurbanov: "Bəhlula Çin klublarından təkliflər var"  |     21:44 Salyan sakini dəm qazından boğularaq ölüb  |     21:43 Saxta vəkil ifşa olundu, iki min manat cərimələndi  |     21:29 "Şerloks"da ad günü keçirən şəxs həbs olunub: "Hesab artıq gəlib..."  |     21:21 Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur?  |     21:16 Bazar günü Bakıda 8 dərəcə isti olacaq  |     21:09 Azərbaycanla Çin arasında 5 milyardlıq ticarət dövriyyəsi  |     21:04 Bakının məşhur restoranında ərəb turistin pulu oğurlanıb  |     20:56 ABŞ Azərbaycana hansı hərbi məhsullar satacaq?  |     20:51 84 yaşında da gündəmdə: Flora Kərimovanın arxiv görüntüləri (Video)  |     20:42 Ucuz və etibarlı: Yeni başlayanlar üçün ən yaxşı 10 avtomobil  |     20:35 Qara və ya yaşıl çay: Orqanizm üçün hansı daha faydalıdır?  |    
Left Banner
Right Banner

“Formula 1-in Bakıda keçirilməsini istəməyənlər xalq düşmənidir” — Millət vəkili

01.05.2018 11:42 2 718
“Formula 1-in Bakıda keçirilməsini istəməyənlər xalq düşmənidir” — Millət vəkili
"Bakı inkişaf etmiş şəhər olaraq "Formula 1” kimi yarışların keçirilməsi üçün seçilən uyğun məkandır. Biz də həm qədim tariximizi, həm mədəniyyətimizi dünyaya göstəririk, dünya da bundan razıdır. İnsanların inkişaf səviyyəsi, bilik, elm və vətənpərvərlik səviyyəsi elə həddə olmalıdır ki, onlar bu yarışların keçirilməsini xoş qarşılasın. Hər hansı bir ölkədə "Formula 1” yarışlarının keçirilməsinə razılıq verilsə, o ölkənin əhalisi bayram edər”.

Median.Az
xəbər verir ki, bu sözləri interpress.az-a açıqlamasında millət vəkili Ağacan Abiyev deyib. O bildirib ki, bu yarışlara qarşı olanlar düşmənlərdir:

"Bəzi adamların "Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olması onların niyyətlərindən xəbər verir. Onlar vətənpərvər deyil, onlar düşməndir, qardaş. Kimsə fiziki, yaxud əqli cəhətdən zəif ola bilər. Amma bu yarışların Bakıda keçirilməsinə etiraz edənlər həm ağıllıdır, həm inkişaf etmişdir, eyni zamanda, Azərbaycan xalqını sevməyənlərdir. Onlar elə adamlardır ki, gərək hər şeyi bişirib hazır şəkildə gətirib qoyasan onların qarşısına. Belələri hazıra nazir olanlardır. Belə adamlardan heç nə gözləmək olmaz. Onların fikirləri bizə heç lazım da deyil. "Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olanlar, etiraz edənlər Azərbaycanın dünyada tanıdılmasını istəməyənlərdir. Mənim o adamlara yazığım gəlir. Belə deyək də, səviyyəsizlik.

Məgər, Azərbaycanın düşmənlərinin hamısı "tupoy”dur? Elə şey olar? Onda biz onların nəyi ilə mübarizə aparırıq? Dəlilərlə niyə mübarizə aparmalıyıq?



Onların da içində ağıllıları, oxumuşları var. Mən deputatam və "Formula 1” yarışlarının Bakıda keçirilməsinə etiraz edənlər arasında Suraxanıdan olan varsa, deyin, onunla görüşüm onu başa salım. Əminəm ki, onu başa sala bilərəm, çünki mən 50 ildir, müəllim fəaliyyəti ilə məşğulam”.

Millət vəkili dünyanın bir çox ölkələrinin idman yarışları barədə təşkilatçılıq qaydalarını Azərbaycandan öyrəndiyini bildirib. Deputatın sözlərinə görə, dünya artıq idman sahəsində Azərbaycan standartlarından nümunələr götürüb yararlanır:скачать dle 11.3