Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:17 Azərbaycanda həbsxanada oxuyan uşaqların sayı | 18:14 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb | 18:11 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib | 18:06 Elektrikli avtomobillər xərçəngə səbəb olur? - ARAŞDIRMA | 17:59 Gədəbəydə avtomobil 6 yaşlı qızı vurdu | 17:50 "Vyetnam səfərimin nəticələrindən çox məmnunam" | 17:42 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu | 17:35 Yeni sanksiyalardan sonra Tatyana Kim "Wildberries"in rəhbəri postundan getdi | 17:27 60 yaşdan sonra gəzməkdən daha faydalı ola biləcək 4 məşq | 17:12 Dekabrda 9 gün iş olmayacaq | 17:06 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" | 16:55 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı | 16:51 Küləkli hava ilə bağlı xəbərdarlıq verildi | 16:42 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - Foto | 16:25 Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı | 16:14 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var - Video | 16:05 Paşinyan: "Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik" | 15:31 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib | 15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib | 15:08 Bu gün Tahir Abdullayevin döyüşü var |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Uşaqlar Birliyinin sədri rüşvətxorluqda ittiham edilir

26.04.2018 12:58 2 488
Azərbaycan Uşaqlar Birliyinin sədri rüşvətxorluqda ittiham edilir
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işinin detalları məlum olub.

Median.Az
-ın Report-a istinadən verdiyi xəbərə görə, ittiham aktına əsasən, QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib.

Bundan başqa, o, vətəndaşı xidməti vəzifəsinin icrası ilə əlaqədar ediləcək hərəkətin müqabilində səlahiyyətli vəzifəli şəxsə rüşvət verməyə təhrik edib və həmin əməli təkrarən törədib.

Belə ki, K.Ağazadə 1998-ci ilin oktyabr ayından hazırkı vaxtadək Azərbaycan Uşaqlar Birliyinin sədri vəzifəsində işləyərkən Səhiyyə Nazirliyi HİV/AİDS, vərəm və malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosu və Səhiyyə Nazirliyi arasında Qlobal Fondun “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və müalicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” lahiyəsinin tətbiqi üçün 2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə beş ay müddətinə göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb.

Həmin müqavilənin müddəti bitdikdən sonra o, Səhiyyə Nazirliyində işləyən aidiyyəti vəzifəli şəxsə rüşvət verməklə əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasını və bunun əsasında onlarla yenidən xidmət müqaviləsi bağlayacağının mümkün olduğunu bildirib.

K.Ağazadə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verib. O, 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqlar Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla, Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla, ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.

K.Ağazadə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

K.Ağazadənin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Zeynal Ağayevin sədrliyi ilə, aprelin 30-da baxılacaq.

Son xəbərlər