Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik qanunsuz evlər məsələsinə aydınlıq gətirdi

29.01.2018 18:08 4 138
Nazirlik qanunsuz evlər məsələsinə aydınlıq gətirdi
ETSN rəsmisi: "O torpaqlar Səbail Rayon İcra Hakimiyyəti və bələdiyyənin balansında olduğuna görə, orada evlərin qanunsuz tikilib-tikilməməsi məsələsi bu qurumların məsuliyyətindədir"

Bayıl yamacında "Teleqüllə" ərazisində hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları çalışırlar. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, hazırda qurumun əməkdaşları Bayıl yamacında sürüşmə zonasındadır.

"Bu gün qazma işlərinə başlanılacaq. Ərazidə müəyyən işlər aparılıb. Bu gün çatlarda olan mayaklar yenilənəcək. Sürüşmə kiçik olanda onu gözlə görmək mümkün olmur. Buna görə, də mayaklar qoyulur", — ekspert bildirib.

"Əvvəlki günlər yağış yağdığı üçün o mayakları təzələyə bilməmişdik. Çünki yağış mayakları yuyub aparır. Qazma işləri ilə müəyyən edə biləcəyik ki, sürüşmə müstəvisinin dərinliyi nə qədərdir. Bundan sonra nəmliyi, fiziki xüsusiyyətləri öyrəniləcək", — o əlavə edib.

Ərazidə yeraltı çayların axması məsələsinə gəldikdə isə, Əziz Qaralov qeyd edib ki, yeraltı çayın olması mümkün deyil: "Yeraltı sulu horizontlar, qurunt suları var. Su tələləri var ki, harasa yığılır, amma çay şəklində axıb harasa getməsi mümkün deyil".

ETSN rəsmisinin sözlərinə görə, ərazidə torpaqlar Səbail Rayon İcra Hakimiyyəti və bələdiyyənin balansında olduğuna görə, orada evlərin qanunsuz tikilib-tikilməməsi məsələsi bu qurumların məsuliyyətindədir: "Ərazidə 30-a yaxın qaçqın, məcburi köçkün evi var. 90-cı illərdə məcburi köçkünlər Bakıya gələndə kim harda gəldi, məskunlaşmağa başladı. İnsanlar da onlara məskunlaşmaları üçün kömək edirdi. Yəni 30-a yaxın ev bu şəkildə tikilib. Sonrakıların taleyini isə bilmirəm".


Xatırladaq ki, Səbail Rayon İcra Hakimiyyəti (RİH) Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi və ərazidəki qanunsuz evlərlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib: "Müəyyən olunub ki, burada tikilən evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib. Hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır".

"Təəccüblüsü isə odur ki, fərziyə irəli sürən, RİH-ni ittiham edənlər nə hansısa bir araşdırma aparıb, mövcud vəziyyətlə maraqlanmayıblar. Heç bir sualla müraciət etməyərək, ancaq öz təxəyyüllərinin məhsulunu işə salıblar. Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi huquqi müstəvidə həll olunacaq", — Səbail RİH-dən bildirilir.

Son xəbərlər