Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Xaricdən alınan sürcülük vəsiqəsi Bakıda işə yarayırmı?

29.01.2018 17:18 3 838
Xaricdən alınan sürcülük vəsiqəsi Bakıda işə yarayırmı?
Bu dəfə təqdim edəcəyimiz mövzu xarici ölkələrdə alınan sürücülük vəsiqəsinin Azərbaycanda etibarlılığı ilə bağlıdır.
Mövzu ilə bağlı hüquqşünas Cəmil Adişov bildirib ki, "Yol hərəkəti haqqında” 1968-ci il Vyana Konvensiyasının 41-ci maddəsinin 2-ci bəndinin "b” yarımbəndinə əsasən, hər hansı şəxs başqa bir ölkədə daimi yaşamağa başladığı anadək onun digər dövlətdə əldə etdiyi sürücülük vəsiqəsi etibarlıdır. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 11 noyabr tarixli qanuna əsasən Azərbaycan vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir.

Xarici ölkədən alınmış sürücülük vəsiqəsini Azərbaycanda dəyişmək mümkündürmü? Hüquqşünasın sözlərinə görə, ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini dəyişdirməlidir. Sürücülük vəsiqəsi dəyişdirərkən tətbiq edilən prosedur eyni ilə tətbiq olunacaq.

Yəni, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız həyata keçirilir. Dəyişdirilmə vəsiqəsinin Azərbaycan dilinə tərcümə edilmiş surətini notarial qaydada təsdiq edilməlidir.
Daha sonra tibbi müayinədən keçərək sağlamlıq arayışı alınmalıdır.18 manat rüsum da ödəyərək vəsiqənin surətini və bu arayışı DYP-nin yaşadığınız ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış şöbəsinə təqdim etməklə hər hansı imtahan vermədən eyni kateqoriyalı milli sürücülük vəsiqəsi əldə etmək olar.//femida.az

Son xəbərlər