Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq sürücülük vəsiqəsini necə əldə etmək olar?

11.12.2018 17:57 5 815
Beynəlxalq sürücülük vəsiqəsini necə əldə etmək olar?
Ölkə xaricində səyahətlər zamanı tanımadığımız sürücü ilə ünsiyyətdən yaranan psixoloji gərginlik hissi, klassik turizm məkanlarından daha fərqli yerlərə getmək, bir qədər sərbəst, asudə olmaq arzusu, yəqin ki, bir çoxlarımıza tanışdır. Bunun üçün ya avtomobil icarəyə götürmək və ya almaq lazımdır. Lakin bu istəyimizi gerçəkləşdirmək üçün əvvəlcədən tədbirli olmalıyıq. Beynəlxalq sürücülük vəsiqəsinə malik olmağımız isə bu işdə bizə kömək edə bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin Oxu.Az-a verdiyi məlumata görə, beynəlxalq sürücülük vəsiqəsinin verilməsi 1968-ci il Vyana Konvensiyası ilə tənzimlənir:

“Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində geniş yayılan Beynəlxalq Sürücülük Vəsiqəsi xarici dövlətlərdə avtomobil icarəyə götürərkən, avtomobillə Konvensiyaya üzv dövlətlərin ərazisindən keçərkən, birbaşa və ya tranzit yük və ya sərnişin daşımaları zamanı istifadə olunur və sahibinə müstəqil olaraq ölkədən kənarda avtomobil idarə etməyə icazə verir”.

R.Quliyev onu da bildirib ki, respublikamızın 1968-ci il Vyana Konvensiyasına üzv olması milli sürücülük vəsiqəsinə malik vətəndaşlarımızın Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmələrinə imkan verir:

“Dilimizdəki ə,ö,ü,ğ və sair hərflərin xarici dövlətlərdə çətin oxunması problemini həll edən beynəlxalq sürücülük vəsiqəsi latın qrafikası ilə, eyni zamanda, ayrı-ayrı səhifələrdə alman, fransız, italyan, ingilis, çin və sair, ümumilikdə səkkiz dildə çap olunur. Vəsiqə sahibi barəsində məlumatlar isə vəsiqənin son səhifəsində ingilis dilində tərtib olunur. Beynəlxalq sürücülük vəsiqəsi milli sürücülük vəsiqəsi təqdim edildikdə etibarlıdır.

Beynəlxalq sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşlar Bakı şəhərində Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə, habelə Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə şəxsiyyət vəsiqəsi, milli sürücülük vəsiqəsi, iki ədəd 3x4 ölçüdə rəngli fotoşəkil təqdim etməklə müraciət edə və qısa müddətdə ona yiyələnə bilərlər”.

Şöbə rəisi sonda qeyd edib ki, beynəlxalq sürücülük vəsiqəsi əldə etmək istəyən şəxslərdən sürücülük bacarıqlarını yoxlamaq üçün əlavə imtahandan keçmək tələb olunmur. Xarici dövlətlərə səfərlər zamanı beynəlxalq sürücülük vəsiqəsinin imkanlarından yararlanmış soydaşlarımızın məmnunluq ifadə etməsi sahibinə rahatlıq verən bu vəsiqənin sınaqdan uğurla çıxdığını deməyə əsas verir.скачать dle 11.3

Son xəbərlər