Mojo.az Banner
22:52 "Lukoil"də kartla ödənişlərdə problem yaranıb  |     22:35 Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO  |     22:26 Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs ələ keçdi  |     22:07 Azərbaycanda alim vəfat etdi  |     21:56 Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər  |     21:48 Bakıda yaşayış binasında yanğın - VİDEO  |     21:29 Ürəkləri dağlayan həmin - Fotolar  |     21:09 Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb  |     20:46 Gürcüstanda plastik qab-qacaq qadağan olunur  |     20:36 Zavodda həlak olan şəxs ehtiyatda olan zabit imiş  |     20:28 “9990” və “7770” nömrələri ilə bağlı yayılan iddialara DİN-dən reaksiya  |     20:16 “Avtoş”luq edib pul səpmişdilər, həbs olundular - Video  |     20:08 Ceki Çanın ölüm xəbəri ilə bağlı AÇIQLAMA  |     19:50 Dünya ulduzu “Qalatasaray”dan GEDİR  |     19:43 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     19:36 10 ayda metanol istehsalının həcmi açıqlanıb  |     19:34 Peşəkar Futbol Liqasından "Karvan-Yevlax" klubuna ŞAD XƏBƏR  |     19:26 Altay Göyüşov Baş Prokurorluğa çağırıldı  |     19:20 Azərbaycan hərbi gücdə Ermənistanı 30 pillə qabaqladı  |     19:06 "Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ  |    
Left Banner
Right Banner

“Guya müəllim səhər doqquzda məktəbə gedib axşam altıya qədər işləyir?” – Deputat Hadi Rəcəbli

29.01.2018 14:04 3 000
“Guya müəllim səhər doqquzda məktəbə gedib axşam altıya qədər işləyir?” – Deputat Hadi Rəcəbli
Milli Məclisin deputatı Hadi Rəcəbli “Kulis”ə geniş müsahibə verib.

Median.Az müsahibənin müəyyən hissələrini təqdim edir:

– Sizin müəllimlər haqqındakı fikriniz də vardı, ona görə indiyə qədər tənqid olunursunuz.

– Onu da mən o cür deməmişdim. Mən başqa fikir səsləndirmişdim, götürüb fikri kontekstindən çıxarıb dəyişiblər. Digər bir fikir: Guya demişəm ki, Qarabağ əlillərinə pulsuz dərman verilməsin. Yalan! Kökündən iftira!

– Ümumiyyətlə, məmurlara, dövlət adamlarına xalq arasında, qələm adamları arasında niyə həmişə neqativ münasibət olur?

– Bu fikir əski dövrlərdən, sinifsiz deyilən cəmiyyətlərdən qalıb. Sovet dövründə bir az imkanı olan adama necə baxırdılar? Düşmən kimi. Bu, bazar iqtisadiyyatı dövründə ən yanlış metoddur. Məsələn, Amerikada əksinədir, imkanı olan adamları təbliğ edirlər ki, baxın, görün halallıqla o necə pul qazanıb.

– Amerikada kapitalist sistem idi, bizdə sosializm, xüsusi mülkiyyət yox idi.

– 29-cu ildə Amerikada necə keçid olub, xəbərin var? Qanqsterlərin pulu üzərində kapitalizm qurulub, xəbərin var? Yəni Amerikanın təməli bu cür qurulub. Sənin dediyin adamlara neqativ münasibət həsəddən, cəmiyyətdə olan nöqsanları o adamlarda görməkdən yaranır. Biz hazırda bu neqativlərin qarşısını almaq istəyirik. Siz özünüz də görürsünüz ki, nə qədər dəyişikliklər olub. Dünyada analoqu olmayan “Asan xidmət” sistemi yaradılıb. Sadəcə təəssüf ki, bizdə sahibkar ətrafında pis fikir formalaşdırılıb.

– Hadı müəllim, son illər kino sənayesində dirçəlmə yaranıb. Yeni filmlər çəkilir. Heç filmlərə baxırsınızmı?

– Televiziyada çoxseriyalı primitiv filmlər çox verilir. Bəzən mövzular bir-birini təkrarlayır. Ancaq bu yaxında iki filmə baxmışam: “Toydan sonra nağara” və “Kəklikotu”. Birinci xoşuma gəlmədi. “Kəklikotu” filmi xoşuma gəlib, zəng edib aktyor Müşfiq Şahverdiyevi təbrik elədim, qüsurları, çatışmayan tərəfləri dedim.

– Çatışmayan tərəfləri nə idi?

– Bəzi məqamlar var idi ki, mən bilən bu da olmalıdır. Açıq-saçıqlıq, vulqarlıq var idi, özü də həddindən artıq idi. Gərək belə olmasın. Filmin yaradıcı heyətinin işini bəyəndim. Düzdü, bəzi aktyorlar bir az zəif oynayırdı, ancaq bunu da keçmək olar. Bütövlükdə film alınıb. Səkkiz manata idi bilet, amma zal dolmuşdu. Deməli, gəlirlər, baxırlar. Lənkəranda Coşqunla Rafaelin tamaşasına bileti 100 manata satırdılar. Mənə 50 manatlıq biletdən vermişdilər (gülür). Gedib tamaşa eləmişdim. Sosial durumun çətinliyindən danışırlar, bu cür halları deyən yoxdur.

– Bəyənmişdiniz?

– Pis deyildilər.

– Bəs KVN-çilər necə? Sizin məşhur müəllim əhvalatınızla bağlı yumor hazırlamışdılar. Yəqin görmüsünüz?

– Görmüşəm. Mən onların səhnəciyini o zaman yaxşı qəbul edərdim ki, onlar həqiqətən deyilən fikrin şarjını göstərəydilər. Zəng eləyib özlərinə iradımı da bildirdim. Mən guya çıxış edirəm ki, müəllimlər saat altıdan sonra getsin daş daşısın. Birincisi onlar bilmirlər ki, müəllim həftədə maksimum 18 saat işləyir, başqaları kimi 41 saat yox. Və yalan materiallardan ədalətsiz səhnə düzəltməyə də pis baxılır. Mən müəllim ailəsində böyümüşəm. İki bacım, bir qardaşım, bir qızım, bir oğlum, mən özüm, yoldaşım müəllimlik edirik. Bu isə hər şey deməkdir.

– Axı bu tamaşadır, yumordur, müəyyən ümumiləşdirmə, şişirtmə ola bilər.

– Müəllim səhər doqquzda məktəbə gedib axşam altıya qədər işləyir? Gərək yumor da həqiqətə bir az oxşasın. O səhnəcik iki səbəbdən xoşuma gəlməyib. Birinci, obyektiv deyil, primitiv və yalandır, ikinci, onun icrası da düz olmayıb, mən heç vaxt müəllim gedib daş daşısın deməmişdim.

– Yeri gəlmişkən, KVN üzvləri şikayət edirlər ki, məmurları canlandırdıqlarına görə efirə buraxılmırlar, təqib olunurlar.

– Biri var kimisə təhqir edirsən, biri də var sən deyən kimi, yumorla yanaşırsan. Məsələn, Hadı müəllimlə söhbət elədik, ancaq fəlsəfədən danışdı. Bax bu yumordur. Amma sən mənim adımdan yalan desən ki, Hadı Rəcəbli deyir, axşam altıdan sonra müəllimlər daş daşısınlar, bax bu olmaz.

– Belə çıxır, məmurlar KVN-ə etiraz etməkdə haqlıdırlar?

– Əgər KVN düz eləmirsə onlar haqlıdırlar. Əgər KVN həddini aşırsa onlar haqlıdırlar. Obyektiv yumor olanda mən də qəbul edirəm, yox, təhqir olanda qəbul etmirəm. Buna görə gərək diqqətli olsunlar.

– Ancaq cəmiyyətdə sevilirlər.

– Mən görməmişəm. Coşqunla Rafaelin elədikləri ilə indiki KVN-nin elədikləri arasında böyük fərq var. Onlar ikisi daha böyük nailiyyət əldə edirlər, xalq arasında daha çox sevilirlər.скачать dle 11.3