Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar |
Mojo.az Avto
Mojo.az Avto

Barəsində cinayət təqibi başlanılan azərbaycanlı həkim danışıb

27.01.2018 16:16 3 130
Barəsində cinayət təqibi başlanılan azərbaycanlı həkim danışıb
Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi Gürcüstan Baş Prokurorluğunun onun barəsində cinayət təqibinə başlaması xəbərinə münasibət bildirib.

Median.Az
-ın məlumatına görə, M. Kazımi APA-ya açıqlamasında sözügedən cinayət işində heç bir məsuliyyətinin olmadığını bəyan edib.

“Guya Gürcüstan Baş Prokurorluğu Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi barəsində cinayət təqibinə başlayıb.

Mən tibb sahəsində olan fəaliyyətimlə Azərbaycan səhiyyəsinə yenilik gətirmişəm və bu iş ilə Azərbaycan Respublikasının adını Avropa qaraciyər transplantasiyası reyesterinə yazdırmağı bacarmışam. Ancaq bütün bu naliyyətlər heç də o demək deyil ki, mən hansısa məsuliyyətdən boyun qaçırmalıyam. Qanun qarşısında hamının bərabər olduğu prinsipini əsas tutaraq, sözügedən cinayət işində heç bir məsuliyyətimin olmadığını bəyan edirəm. İndi isə barəmdə yayılan xəbərin yalnışlığı ilə bağlı dəlilləri ortaya qoymaq istəyirəm.

Dünən mən bu məsələni araşdırdım. Məlum oldu ki, vətəndaşı olduğu ölkənin cinayət məcəlləsinin müxtəlif maddələrlə ittiham edilən Fərman Ceyranlının Gürcüstanda növbəti məhkəməsi olub. Düşdüyü kritik durumdan qurturmaq üçün o heç bir ciddi əsas olmadan məhkəmədə mənim də adımı hallandırıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən orada qaraciyər transplantasiyası əməliyyatında iştirak etmişəm. Aldığım məlumata görə, təyin olunan ekspertiza da tibbi olaraq hər hansı bir xətanın olmadığı barədə rəy verib. Yəni, Fərman Ceyranlının məsuliyyətə cəlb olunması ilə mənim etdiyim əməliyyatların heç bir əlaqəsi yoxdur.

Qaldırılan iddiaların başlıca mahiyyəti xəstələrin Fərman Ceyranılda maddi təzminat tələbi ilə bağlıdır. Tam məsuliyyətilə bildirirəm ki, mənim sözügedən prosesdə adları hallanan xəstələrlə heç bir pul alış-verişim olmayıb. Bütün bu işlərdə Fərman Ceyranlı təqsirləndirilir. Hazırda həmin şəxs məsuliyyətdən yayınmaq üçün günahını mənim üzərimə atmaq istəyir. Eyni zamanda, qeyd edim ki, dünən keçirilən məhkəmə prosesində mənimlə bağlı heç bir həbs qərarı verilməyib. Gürcüstan qanunvericiliyinə görə, şəxs barəsində həbs qərarını prokurorluq deyil, məhkəmə verir. Fərman Ceyranlı və onun müdafiəçiləri əsassız yerə məhkəmədə mənim adımı hallandırdıqlarına görə, prosesdə iştirak edən dövlət ittihamçısı məhkəmə qarşısında mənim həbs edilməyimlə bağlı vəsatət qaldırıb. Məhkəmə isə həmin vəsatəti təmin etməyib. Qeyd edim ki, mən Fərman Ceyranlı ilə bağlı aparılan cinayət işinin detalları ilə tam tanış deyiləm”, - M. Kazimi vurğulayıb.

Cərrah – transpantoloq ibtidai istintaq zamanı bu iş üzrə onunla bağlı heç bir istintaq hərəkəti aparılmadığını da qeyd edib:

“Gürcüstan dövlətinin rəsmi qurumları tərəfindən istintaqda ifadə vermək üçün mənə hər hansı bir bildiriş göndərilməyib. Məhkəmənin son proseslərilə bağlı məlumat aldım ki, Fərman Ceyranlı prosesdə əsassız yerə mənim adımı hallandırır və bu səbəbdən də özümə Gürcüstanda vəkil tutdum. Dünənki prosesdə mənim nümayəndəm kimi həmin vəkil də iştirak edib. Məhkəmə prokurorluğa və mənim müdafiəçimə öz aralarında danışıq aparmağa dair tapşıqıq verib və deyib ki, son qərar barədə onlar məlumatlandırılsın. Burada söhbət mənim məhkəmə istinaqına ifadə verməyimdən gedirsə, mən həmin materiallarla tanış deyiləm. İşlə tanış olduqdan sonra lazımi hüquqi addımları atacağıq”.

Son xəbərlər