Mojo.az Banner
23:00 Azərbaycanın Təbrizdəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb  |     22:51 Almaniyada tramvay qəzasında 27 nəfər xəsarət alıb  |     22:43 Alimentə görə həbs edilənlərin sayı açıqlandı  |     22:38 Xəzərin suyunun azalmasının səbəbi yalnız iqlim dəyişiklikləri deyil - Nazir  |     22:29 Bazar gününə olan hava proqnozu  |     22:24 Sumqayıtda qanunsuz tikili söküldü - Video  |     22:16 Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO  |     22:11 Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video  |     22:03 Maaşların ödəniş qaydası dəyişir — Artıq aylıq verilməyəcək  |     21:55 Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb  |     21:50 İranda internetə çıxış 84 gündür ki, yoxdur  |     21:43 Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb  |     21:36 Muğlada zəlzələ olub  |     21:30 SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar öncədən satılır? - VİDEO  |     21:19 AZAL-a dəymiş zərər Rusiya tərəfindən kompensasiya ediləcək  |     21:06 Sevgi həyatında böyük dönüş yaşayacaq bürclər  |     21:00 Eyfel Qülləsinin pilləkəni rekord qiymətə satıldı  |     20:50 Aida Quliyeva vəfat etdi  |     20:42 Cəbrayılda illik iki milyon ağac tingi yetişdiriləcək  |     20:36 Bu 5 bürcün bütün işləri yağ kimi gedəcək  |    
Left Banner
Right Banner

Siqaretdən imtina orqanizmə necə təsir edir?

06.01.2018 13:38 5 733
Siqaretdən imtina orqanizmə necə təsir edir?
Məlum olduğu kimi, Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyi məhdudlaşdıran “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında qanun layihəsi qəbul olunub.

Qanun layihəsinə görə, ümumtəhsil müəssisələrində, idman yarışlarının və digər kütləvi tədbirlərin keçirildiyi məkanlarda, həmçinin ticarət obyektlərində, restoranlarda, kafelərdə, barlarda və digər ictimai iaşə obyektlərində (bu məqsədlə ayrılmış açıq sahələr və yerlər istisna olmaqla) tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edilməsi nəzərdə tutulur.

Oxu.Az orqanizmin siqareti atdıqdan sonra hansı şəkildə bərpa olunduğunu araşdırıb.

Tütün tüstüsü təkcə nikotindən ibarət olmur. Onun tərkibində 196 sayda zərərli maddə sadalamaq olar ki, onun da 14-ü narkotik maddələrdir. İstənilən zəhər kimi, bu toksinlərdə dərhal müdafiə sistemi ilə orqanizmdən kənarlaşdırılır. Ancaq bu prosesə sonradan yeni dozalar əngəl olur.

Siqaret çəkdikdən sonra orqanizmin təmizlənməsi və nikotin asılılığının aradan qaldırılması – siqaret çəkməyi tərgitmək prosesinin iki fərqli qoludur. Bütün keçmiş siqaret aludəçilərində siqaret çəkməyi tərgitdikdən sonra sağlamlıqlarında əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə olunur.

Siqareti çəkib qurtardıqdan dərhal sonra nikotin bədəndən çıxır. Bu narkotik maddənin qısa bir zamanda uyğunlaşmaya səbəb olmasına baxmayaraq, orqanizm elə həmin tezlikdə də ondan qurtula bilir. Yeni porsiya daxil olmadıqda, artıq iki saatdan sonra onun böyük hissəsi ağciyərlər və qan-damar sistemindən xaric olur.

Tənəffüs 12 saatdan sonra sabitləşir. Nikotinin ağciyər reseptorlarını qıcılandırmasından qaynaqlanan bronx spazmaları kəsilir.

Artıq ilk günlərdə orqanizmin siqaret çəkməyin kənar təsirlərindən qurtulmasından sonra qanın tərkibi normallaşır - oksigenlə zənginləşir və karbon qazının miqdarı azalır.

Siqareti atan hər kəs bilir ki, ən çətin dövr – ilk 3-4 gündür. Həmin müddətdə əsas zərərli maddələr orqanizmi tərk edir və orqanizm təmizlənir. Ağızdan, dəri qatından xoşagəlməz qoxu yoxa çıxır.

Orqanizmin nikotindən və qatrandan 99% təmizlənməsi 3 həftə sonra baş verir.

2-3 gündə öskürək və bəlğəmin artımı müşahidə olunur. Bu, bronx epitelinin fəaliyyətinin bərpa olunmasının göstəricisidir. Zəhərlə iflic olmuş kiprikciklər yenidən canlanır və təmizlənməyə başlayır, çöküntü və selik məhsullarını xaric edir. Bəlğəm sekresiyasının artması ağciyərdə uzun illər yığılıb qalan çöküntüləri yuyub aparır.

Tərləmənin intensivləşməsi gözləniləndir - belə ki, dərinin ifrazı ilə maddələr mübadiləsinin zərərli məhsulları bədəndən xaric olur.

Tütünün ümumi təsirindən, həmçinin zəhərli ağız suyunun udulmasından sonra siqaret tüstüsünün mədəyə təsirindən zədələnmiş mədənin və bağırsaqların selikli qişası bərpa olunur. Hamar əzələ təbəqəsində tonusun aşağı düşməsi və qəbzləşmənin baş verməsi mümkündür. Belə hallarda bağırsaq reseptorlarının normal həssaslığının bərpası ilə ötüb keçir.

Bəzən arterial təzyiqdə dəyişkənliklər və ya baş ağrıları meydana gəlir. Nikotin kiçik kapilyarları iflic etdiyinə və damarları daraldan təsirə malik olduğuna görə reseptorların “yenidən canlanmış” damarlara öyrəşməsi müəyyən qədər vaxt tələb edir.

Normal tonusun bərpası hesabına bütün orqanların və toxumaların, ilk növbədə beynin qan dövranı yaxşılaşır.

Dadbilmə və iybilmə reseptorları bərpa olunur. Artıq bir həftə sonra siz əvvəl iyləyə bilmədiyiniz qoxuları hiss edirsiniz, qida isə yeni dad alır. Yeri gəlmişkən, iybilmənin bərpası əsasında siqareti atdıqdan sonra orqanizmin təmizlənməsinin nə dərəcə tez getdiyini müəyyən etmək olur.

İştah artır. Bu, iki faktorla əlaqədardır. Birinci, psixoloji faktordur. Ağıza siqaret almaq əvəzinə, insan nəyisə çeynəməyə başlayır. Siqareti atdıqdan sonra pasiyent stress keçirdikdə, qida qəbulu onu sakitləşdirir. İkinci faktor dadbilmənin bərpası ilə əlaqədardır.

Siqaret çəkməyi tərgidən bəzi insanların keçirdiyi qıcıqlanma sırf psixoloji əhval-ruhiyyədən asılı olur.

Nikotindən fiziki asılılıqdan çox asan şəkildə qurtulmaq olur, habelə, şüurda və şüuraltında siqaret çəkməyə həvəsləndirən neqativ fikirlər sinir pozuntularına və düşkünlüyə yol açır.

Orqanizmin nikotindən hansı müddət ərzində təmizlənməsindən asılı olmayaraq, psixoloji asılılıq uzun müddət qüvvədə qala bilir.скачать dle 11.3
Mojo.az Banner