İyulun 7-də saat 10:00-dan etibarən Şəmkir rayonunun Şiştəpə kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.
Bu barədə Şəmkir Regional-Qaz İstismarı-İdarəsi məlumat yayıb.
Bildirilib ki, Adilə Səməd qızı Salahovaya məxsus qeyri-yaşayış sahəsinin qarşısından keçən diametri 108mm və 76mm olan qaz xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı işlər aparılacaq. Odur ki, işlər başa çatana qədər Zəyəm Avtomatik Qaz Paylayıcı Stansiyalarından (AQPS) qzla təmin edilən kənddə təxminən 1 300 abonentin mavi yanacağı kəsiləcək.
Qaz İstismarı İdarəsi abonentlərə müvəqqəti narahatlığa görə üzr istəyib və ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə edib.