Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Evdən qaçmış yeniyetmələr təhsilə cəlb olunacaqlar

06.05.2025 12:27 1 593
Evdən qaçmış yeniyetmələr təhsilə cəlb olunacaqlar
"Maştağada itkin düşüb, sonra bizim sığınacağa yerləşdirilən iki qızın təhsilə cəlb olunması ilə bağlı tədbir görülür".

Median.Az
xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, hər iki yeniyetmə reabilitasiyaya uyğunlaşır: "Hər şey qaydasındadır, hazırda qızlarla bağlı tibbi müayinə, psixoloji konsultasiya aparılır, reabilitasiya davam etdirilir. Onların ailələri ilə görüşü də təşkil olunur. Həmçinin qızların təhsil ala bilməsi istiqamətində ciddi iş aparırıq".

K.Ağazadənin sözlərinə görə, qızların gələcək planları yalnız təhsillə bağlıdır: "Qızlar sığınacaqda qalmaq, burada təhsillərini davam etdirmək, bir müddətdən sonra evə qayıtmağı düşünürlər. İndi onların fikirləri təhsil almağa hədəflənib. Qızların ikisi də doqquzuncu sinfə qədər oxuyublar. Müəyyən məsələlərə görə təhsilləri yarımçıq qalıb. Onlar ya peşə məktəbində, ya da kollecdə təhsil ala bilərlər. Biz də bu istiqamətdə işimizi davam etdiririk".

Xatırladaq ki, aprelin 16-da saat 20 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Polisə müqavimət ittihamı ilə Ramiz Umudovun barəsində olan iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, o, 10 gün müddətinə həbs edilib.

Son xəbərlər