Sabunçu tuneli yenidən su ilə doldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

Sabunçu tuneli yenidən su ilə doldu - VİDEO

Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib. Su basması bu dəfə də Sabunçu rayonu ərazisindəki tuneldən yan keçməyib.

Xatırladaq ki, Sabunçu rayonu ərazisindəki sözügedən tuneldə ötən ilin oktyabrında yağan yağışlar nəticəsində iki nəfər boğularaq ölmüşdü. Bundan başqa, bu ilin aprelində yağan leysan xarakterli yağışlarda da bu tuneli su basmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            783 06.05.25 12:06