Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:46 Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir" | 11:43 Nərman Qocatürkün meyiti tapıldı | 23:04 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 22:49 “Polat Alemdar” ekranlara qayıdır? | 22:41 Rusiya Odessanı vurdu: Ölənlər var | 22:35 Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA | 22:27 "iPhone" adındakı “i” hərfinin mənası nədir? – Stiv Cobsun maraqlı seçimi | 22:22 “WhatsApp”da YENİ FUNKSİYA | 22:15 4 manatdan 2 manata endirildi | 22:10 “ƏDV geri al” bütün konsert növlərinə şamil ediləcək | 22:01 Milyarderlər ən çox bu bürclərdən çıxır | 21:56 Sifariş edilən hazır yeməklərin gizli təhlükəsi: İçində nə var? (XƏBƏRDARLIQ) | 21:49 Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - Ekspert | 21:44 Gəncə, Naxçıvan və Masallıda da binalar sökülə bilər - Kompensasiya məbləğləri | 21:36 Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi | 21:30 "Çayın puluna oynayırdıq" dedi, məhkəmə inanmadı - 2250 manat cərimə | 21:23 Olduğun yaşı qəbul etmək ömrü 7,5 il uzada bilər (ARAŞDIRMA) | 21:17 Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edildi | 21:09 Süni intellekt "Java"da 12 ildir gizli qalan təhlükəli boşluğu üzə çıxardı | 21:03 2026-2027-ci ilin qışında dəbdə olacaq xəz palto - 5 əsas trend |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məktəblini oğurlamaq cəhdi: "Əllərində dəsmal vardı, məni tutub maşına soxmaq istəyirdilər"

01.05.2025 12:18 1 644
Bakıda məktəblini oğurlamaq cəhdi:
Bu gün səhər saatlarında Xırdalan şəhərində yerləşən 1 nömrəli məktəbdə qorxulu hadisə baş verib.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, bu barədə valideyn məlumat verib.

Onun sözlərinə görə, dərsdən çıxan 13 yaşlı oğlunu naməlum şəxs oğurlamağa cəhd edib.

Valideyn bildirib ki, hadisə səhər saatlarında məktəbin yaxınlığında baş verib. Uşaq dərsdən çıxıb evə gedərkən bir avtomobil ona yaxınlaşıb. Avtomobildə olan şəxs onu zorla maşına mindirməyə çalışıb. Lakin yeniyetmə çevik tərpənərək təcavüzkarın əlindən qaçıb.

"Uşağım dedi ki, əllərində dəsmal kimi bir şey vardı, məni tutub maşına soxmaq istəyirdilər", - deyə ana bildirib. O qeyd edib ki, oğlunun qolunda və əlində təzyiq izləri var.

Valideyn hadisə barədə dərhal polisə məlumat verdiyini bildirib. O, ərazidə təhlükəsizlik kameralarının olduğunu və görüntülərin araşdırılacağını deyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı bir sıra videolar və məlumatlar yayılıb. Polis orqanları isə həmin görüntülərin köhnə olduğunu və real vəziyyəti əks etdirmədiyini bildirib.

Son xəbərlər