Mojo.az Banner
23:01 Tramp İranda yeni rəhbərlik axtarmağın vaxtı olduğunu deyib  |     22:55 ABŞ geri çəkildi, İraq ordusu nəzarəti ələ keçirdi  |     22:48 İranda yaşayış məntəqələri ağır silahlarla atəşə tutuldu – VİDEO  |     22:41 "Beauty Derm Estetik"də əməliyyat olundu - Üzü əyildi (Video)  |     22:36 “ChatGPT” də reklam göstərməyə başlayır  |     22:27 6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi  |     22:22 Həkim hər gün kolbasa yeyənlərə xəbərdarlıq etdi  |     22:19 Bu yolda sürət həddi endirildi  |     22:13 16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı  |     22:06 Tramp: "İranın yeni lider axtarmasının vaxtıdır"  |     21:58 Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?  |     21:50 Ucardakı qəzada ölən müəllimin FOTOsu  |     21:44 İşçi ictimai vəzifələrin icrasına cəlb edildikdə maaşı saxlanılmayacaq - RƏSMİ  |     21:37 Mağazaları qarət etdi, kamera görüntülərini də oğurladı  |     21:28 Xarkov yenidən vuruldu, ciddi zərər dəydi  |     21:22 Azərbaycanda farel balıqlarının qiyməti bahalaşdı - Video  |     21:17 Şəmkirdə yük maşını ağaca çırpılıb, ölən var  |     21:11 UEFA milyonlar itirdi  |     21:03 Qırmızı diplomlar tarixə qovuşur?  |     20:57 30 yaşlı kişi toyda bıçaqlandı  |    
Left Banner
Right Banner

Volqoqrad hava limanına "Stalinqrad" adı verildi

30.04.2025 20:35 1 185
Volqoqrad hava limanına
Rusiyada ekipaj komandirləri artıq sərnişinlərə müraciət edərkən "Stalinqrad Beynəlxalq Hava Limanı" adından istifadə etməyə başlayıblar. Bu dəyişiklik Rusiya hökumətinin rəsmi qərarı ilə həyata keçirilib.

Bu barədə TASS məlumat yayıb.

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Volqoqradın (Qumrak) beynəlxalq hava limanına tarixi "Stalinqrad" adının verilməsi haqqında sərəncam imzalayıb. Bu təşəbbüs bölgənin veteranları tərəfindən irəli sürülüb və Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov tərəfindən Prezident Vladimir Putinə təqdim olunub. Dövlət başçısı təşəbbüsü dəstəkləyib.

Qeyd edək ki, 17 aprel tarixində Sankt-Peterburqun da qısamüddətli olaraq Leninqrad adlandırılması barədə qərar qəbul edilib. Bu, Böyük Vətən Müharibəsində qələbənin 80 illiyi münasibətilə həyata keçiriləcək. 8–10 may tarixlərində Pulkovo hava limanında pilotlar və dispetçerlər şəhəri Leninqrad kimi adlandırmalı olacaqlar.

Xatırladaq ki, 1941-ci il iyunun 22-də nasist Almaniyası Sovet İttifaqına hücum etmişdi. Moskva uğrunda döyüş, Leninqradın blokadası, Sevastopolun müdafiəsi, eləcə də Kursk, Rjev və Stalinqrad döyüşləri Böyük Vətən Müharibəsinin ən önəmli mərhələlərindən sayılır. Sovet ordusu düşməni tədricən qərbə doğru sıxışdıraraq Qələbəyə qədər irəliləmişdi.скачать dle 11.3