Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Haker proqramları ilə külli miqdarda dələduzluq: Zərərçəkənlər danışdılar

28.04.2025 17:51 1 671
Haker proqramları ilə külli miqdarda dələduzluq: Zərərçəkənlər danışdılar
Haker proqramlarından istifadə etməklə külli miqdarda vəsaitlər oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam etdirilib.

Vəfa Vəliyeva zərərçəkən kimi ifadəsində bildirib ki, şikayətim təqsirləndirilən şəxslərdən deyil.

"Şikayətim Elmira adlı şəxsdəndir. Pulu ona vermişəm və ondan tələb edirəm. Elmira dedi ki, Cavanşir adlı əmisi oğlu nazirlikdə çalışır və övladını müəyyən məbləğ qarşılığında işə düzəldəcək. Övladım imtahanda iştirak etdi və nəticə uğursuz oldu. Buna rəğmən onlar övladımı işə düzəldəcəklərini bildirdilər. Bu iş üçün mən 15 min manat ödəniş etdim. Pulu mənə Elmira əmisi oğlu kimi təqdim etdiyi Cavanşir qaytardı. Lakin mən 15 min manatdan əlavə 5500 manat ödəniş etmişəm. Cavanşir dedi ki, mənə 5 500 manat çatmayıb. Çatsa, onu da qaytaracağam".

Zərərçəkən şikayətçi olduğu Elmira Məmmədova isə ifadəsi zamanı vurğulayıb ki, o, qabiliyyət imtahanı ilə əlaqədar olaraq Cavanşir Rüstəmzadəni tanıyıb:

"İdman akademiyasında qabiliyyət imtahanı ilə bağlı tanış olduq. Sonra mən ona qabiliyyət imtahanından keçmək üçün 6 min manat ödəniş etdim. Sonra Vəfa xanım mənə övladının imtahandan kəsildiyini və qabiliyyət imtahanından keçməyə köməyin lazım olduğunu bildirdi. Həm Cavanşirin, həm də Vəfanın səsli ismarışları, mətn mesajları, ödəniş qəbzləri məndə qalıb. Mənim verdiyim 6 min manat da mənə qaytarılmayıb. Mən şikayətçiyəm. Mənim burada marağım olmayıb. Sadəcə Vəfa xanım məndən xahiş etdiyi üçün köməklik etmişəm".

Daha sonra zərərçəkən qismində tanınan Elnar Məmmədov ifadə verib.

O bildirib ki, pensiya düzəltmək üçün Cavanşirə ödəniş edib:

Növbəti proses mayın 21-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyul ayında Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlayan Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Daha sonra o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb.

Həmçinin dəstə üzvləri, həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə təqsirləndirilir.

İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaiti Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürülüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri, həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə ittiham olunublar.
//oxu.az

Son xəbərlər