Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

Ukraynada seçkilərin təxirə salınması üçün qanunvericilikdə dəyişikliklər planlaşdırılır

01.04.2025 18:39 3 051
Ukraynada seçkilərin təxirə salınması üçün qanunvericilikdə dəyişikliklər planlaşdırılır
Ukrayna rəhbərliyi münaqişənin dayandırılması və hərbi vəziyyətin ləğvindən sonra parlament və prezident seçkilərinin təxirə salınması üçün ölkə qanunvericiliyinə dəyişikliklər etməyi planlaşdırır.

Median
.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Bir gün əvvəl Ukrayna MSK-nın sədri Oleq Didenko hakimiyyətin seçkiləri təxirə salmaq üçün qanunvericiliyə dəyişikliklər etmək niyyətində olduğunu bildirmişdi. Mövcud qanuna görə, parlament və prezident seçkiləri hərbi vəziyyətin ləğvindən sonra bir ay ərzində elan edilməlidir. Lakin ölkə rəhbərliyi seçkilərin keçirilməsini hazırlıq prosesinə daha çox vaxt lazım olacağı bəhanəsi ilə təxirə salmaq niyyətindədir.

"Bu baxımdan, şübhəsiz ki, müharibədən sonrakı dövr üçün bütün qanunvericilik, normativ baza hazırlanır, çünki hərbi vəziyyət ləğv edilən kimi 60 gün ərzində seçkilər keçirilməlidir və burada cənab Didenko tamamilə haqlıdır - qanunlara bir sıra dəyişikliklər edilməlidir və əlbəttə ki, bu, parlament vasitəsilə ediləcək. Bu, kifayət qədər uzun bir prosedurdur, bütün hüquqi parametrlərin və s. dəqiqləşdirilməsi lazımdır", - deyə Podolyak bildirib.

Ofis rəhbərinin müşaviri hesab edir ki, hərbi vəziyyətin ləğvindən sonra seçkilərə hazırlıq altı aya qədər vaxt apara bilər.

Son xəbərlər