Mojo.az Banner
Son Xəbərlər
17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |    
Mojo.az Avto
Mojo.az Avto

Zərdabda dəfn zamanı dirilən Səriyyə: "İki mələk mənə dedi ki..."

18.03.2025 16:14 771
Zərdabda dəfn zamanı dirilən Səriyyə:
Tibdə kliniki ölüm deyilən bir anlayış yer alır. Kliniki ölüm üç-altı dəqiqə ərzində yaşanır. Kliniki ölüm nə qədər erkən hiss edilsə, ölən şəxsin həyata qaytarılma şansı o qədər böyük olur.

Bəzən real həyatda kliniki ölüm keçirənləri bilməyərəkdən dəfn edirlər. Belə hadisələr nadir hallarda yaşansa da, Azərbaycanda da baş verdiyi istisna deyil.

İllər əvvəl belə nadir hadisə Zərdabda yaşanıb. Rayonun Məmmədqasımlı kəndində Səriyyə adlı qadın dəfn olunduğu zaman anidən oyanıb.

Median.Az xəbər verir ki, bu barədə sözügedən şəxsin yaxın qohumu İmran Məmmədov Bizim.media-ya danışıb:

"Hadisə illər əvvəl baş verib. Mənim o zaman yaşım az idi. Səriyyə nənəyə kənd arasında "uzun Səriyyə" deyilirdi. O bir gün dünyasını dəyişdi. Gecə olduğu üçün saxladılar və səhər dəfn olunmağa apardıq. Dəfn zamanı üstünə torpaq töküb, ağac qoyulurdu ki, birdən səs eşidildi. Sən demə Səriyyə Alıyeva sağ imiş", - deyə kənd sakini bildirib.

İmran Məmmədov qeyd edir ki, Səriyyə nənə ayılandan sonra bizə o biri dünyanın varlığı barədə danışdı:

"O deyirdi ki, mən o biri dünyanı görüb gəldim. O dünyanın haqq olduğunu anladım. Qəbirə qoyulan kimi iki mələk qapıdan girib mənə dedi ki, sən 80 yaşa kimi yaşayacaqsan və heç vaxt övladın olmayacaq. Sonra ayıldım ki, üstümə torpaq tökülür", - deyə müsahibimiz əlavə edib.

Müsahibimizin dediyinə görə Səriyyə Alıyeva həqiqətən də 80 yaşında dünyasını dəyişib və övladı olmayıb.

Niyə dünyasını dəyişmiş şəxsin dəfninə tələsirik? Ölən şəxsi bir neçə gün sonra dəfn etmək olmazmı?

Məsələyə münasibət bildirən Tural İrfan qeyd edib ki, islam dininə görə ölüm dəqiqləşməyibsə, insanı dəfn etmək doğru deyil:

"Ölünü tez, yaxud gec dəfn etmək barədə Quranda bir şey deyilmir. Amma mahiyyəti budur ki, ölünün ehtiramı aradan getməmiş dəfn etmək lazımdır. Böyük islam hüquqşünası İbn Rüşd və həkim-filosofu İbn Sina isə qətiyyətlə bəyan edib, sübut edirdilər ki, infarktdan, damar tıxanmasından və oxşar problemlərdən vəfat edən insanları 72 saat dəfn etmək olmaz. Onlar mütləq həyata qayıdırlar. Əsasən onlardan qan almaq yolu ilə həyata qaytarmaq mümkündür", - deyə ilahiyyatçı bildirib.

Tural İrfan əlavə edib ki, bir çox insanlar da dövrümüzdə tam ölməmiş. yaxud kliniki ölüm halında tələsik dəfn edilirlər:

"Şəxsən mən bir neçə belə faktla rastlaşmışam. Hətta həkim adama ölüm diaqnozu qoymuşdu, dəfn işləri görülən zaman adam ayılıb həyata qayıtdı. Ucqar rayonlarımızın birindən olan digər bir kişiyə də məşhur paytaxt xəstəxanalarının birində ölüm diaqnozu qoyulub rayona yola salmışdılar. Bir neçə saatlıq səfərdən sonra qəsəbəyə daxil olanda "ölü" dirilərək yanındakı adamlara şiddətli şəkildə acdığını demişdi. Birinci şəxslə də, ikinci ilə də həmsöhbət olmuşam.

Birinci şəxs həmin hadisədən sonra bir neçə il yaşadı. İkinci isə hazırda rayonlarımızın birində yaşayır. Odur ki, ölüm dəqiqləşməmiş dəfn etmək doğru deyil", - deyə müsahib qeyd edib.

İlahiyyatçının fikrincə, ölümü din xadimi yox, tibb mütəxəssisi təyin etməlidir, özü də dəqiq...

Dəfn etməyə də tələsmək lazım deyil. Peyğəmbərin özünü vəfat etdikdən 2 gün sonra dəfn ediblər. Bunun özü bir nümunə olmalıdır. Bəzi yerlərdə din xadimləri kiminsə öldüyünü eşidən kimi başqa dəfnlərə və yaslara da çatmaq üçün tələsik adamı dəfn etdirirlər ki, qazanc əldə etsinlər. Onlara əhəmiyyət vermək olmaz. Müasir zamanda ölmüş adamı lazım gələndə müxtəlif tibbi müdaxilələrlə uzun müddət də saxlamaq olur. Dində ölünü tez dəfn etmək barədə qəti hökm yoxdur.

Son xəbərlər