Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

2024-cü ildə Ombudsmanın ünvanına 29 371 müraciət daxil olub

03.03.2025 14:03 1 635
2024-cü ildə Ombudsmanın ünvanına 29 371 müraciət daxil olub
2024-cü ildə Ombudsmanın ünvanına 29 371 müraciət daxil olub.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunub ki, müraciətlər poçt və ya elektron poçtla, Ombudsmanın rəsmi internet səhifəsindəki onlayn müraciət ("Birbaşa müraciət" və "İnformasiya sorğusu") və "E-gov" bölmələri üzərindən, rəsmi sosial şəbəkə hesabları vasitəsilə göndərilmiş, Ombudsman Aparatında və regional mərkəzlərdə keçirilən qəbullar zamanı, Ombudsmanın, onun Aparatının və regional mərkəzlərinin əməkdaşlarının respublikanın şəhər və rayonlarında əhali qrupları ilə görüşləri, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qarnizon hauptvaxtlarına, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə, o cümlədən müvafiq sosial, tibb və təhsil müəssisələrinə başçəkmələr zamanı təqdim edilib.

Bildirilib ki, Ombudsmanın 7/24 rejimində fəaliyyət göstərən "916" Çağrı Mərkəzinə il ərzində 11 008 zəng daxil olub ki, onlardan 7 691-i şifahi cavablandırılmış və hüquqi məsləhətlər verilmiş, 3 317 zəng üzrə müraciət isə icraata qəbul edilib.
//oxu.az

Son xəbərlər