Mojo.az Banner
14:28 Bakıda qanunsuz torpaq satan 11 nəfərin işi məhkəməyə göndərildi  |     14:04 Gürcüstanda "Qırmızı Körpü" gömrük məntəqəsinin növbə rəisi həbs edildi  |     14:02 Bakıda 62 yaşlı kişi zəhərlənmədən öldü  |     13:15 Qızılın qiyməti 4200 dolları ötdü  |     12:59 "Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA  |     12:27 Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - Video  |     12:24 Leyla Əliyevanın doğum günüdür  |     12:17 Keçmiş şirkət rəhbəri Vüqar Əliyev həbs edildi - FOTO  |     11:49 İyunun qəribə havasının sirri açıldı: Təbiət, yoxsa insan?  |     11:44 İyun-iyul aylarında satılan qarpızlar sağlamlıq üçün risk yaradır?  |     11:24 İndoneziyada yenə güclü zəlzələ oldu  |     11:18 Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ  |     11:14 Azərbaycanda sığorta məbləğinin ödənilməsində YENİLİK  |     23:01 İran neftini sata bilmir: Dənizdə milyonlarla barel yığılır  |     22:50 Açıq dənizdə 58-68 milyon barrel İran nefti alıcı gözləyir  |     22:45 Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?  |     22:37 Bu qidalar qocalmanı sürətləndirir  |     22:31 "AZAL" 5 ayda 6,1 milyon dollarlıq ixrac edib  |     22:25 CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?  |     22:20 75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI  |    
Left Banner
Right Banner

XİN Ermənistanın hərbi cinayətlərdə təqsirləndirilən şəxslərlə bağlı bəyanatını rədd edib

28.02.2025 17:02 1 377
XİN Ermənistanın hərbi cinayətlərdə təqsirləndirilən şəxslərlə bağlı bəyanatını rədd edib
"Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbuslarla və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə pis rəftar, o cümlədən onların davam edən məhkəmə prosesi ilə bağlı əsassız iddiaların qeyd olunduğu 28 fevral 2025-ci il tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik".

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:

"Ermənistanın 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və saxlanılan digər erməni əsilli şəxslər ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər. Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər.

Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin mütəmadi səfərləri, ailə üzvləri ilə telefon və video əlaqələri həyata keçirilib və sonuncu dəfə belə görüş fevral ayında təşkil olunub.

Yaxşı məlumdur ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. Ermənistan XİN-ə onu da xatırlatmaq istərdik ki, Azərbaycan, həmçinin 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra 10 mindən çox qeyri-qanuni erməni silahlı qüvvələrinə silahı yerə qoymağa və Azərbaycan ərazilərini tərk etməyə icazə verməklə böyük jest edib.

Azərbaycandan fərqli olaraq, Ermənistan nə azərbaycanlı hərbi əsirlərə və həbs edilmiş mülki şəxslərə qarşı ləyaqəti alçaldan rəftar halları ilə bağlı heç bir araşdırma başlatmayıb, nə də itkin düşmüş 4000 azərbaycanlının yeri barədə məlumatların verilməsində əməkdaşlıq edib. Şahidlərə və çoxsaylı faktlara əsasən, beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozularaq, bütün azərbaycanlı hərbi əsirlərə işgəncə verilib, onlar pis rəftara məruz qalıb, ləyaqəti alçaldan şəraitdə saxlanılıblar.

Görünən odur ki, Ermənistan tərəfindən belə bir bəyanatın verilməsi, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər narahat olduqlarını nümayiş etdirir. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir.

Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni "səhnələşdirilmiş" adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.

Bu kritik dönəmdə, Azərbaycan tərəfi hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil olmaqla regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan Ermənistan tərəfinin çəkinəcəyini gözləyir".скачать dle 11.3
Mojo.az Banner