Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:33 Zirzəmi, anbar, saxlanc yeri: Söküntü zamanı bunların da pulu ödənilməlidir? | 12:52 İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib | 12:50 Süni intellekt şagirdin əvəzinə düşünməməlidir – Açıqlama | 12:41 Bakıda 37 yaşlı qadın faciəli şəkildə öldü | 12:32 Uşaq pulunun verilməsinə mane olan nədir? – AÇIQLAMA | 12:23 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat | 12:13 Bu rüsum 4 dəfə azaldılır | 11:48 Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü - Təfərrüat | 11:47 Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq | 11:46 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib | 11:45 Gümüş kəskin ucuzlaşdı | 11:44 Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı dava ilə bağlı şikayət verildi | 11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə | 11:42 Azərbaycan nefti bahalaşıb | 11:41 Qubada qadını vurub öldürən sürücü tutuldu | 11:40 Çempionlar Liqasında bu gün hansı oyunlar var? - TƏQVİM | 11:34 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb | 11:32 Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi | 11:25 Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur |
Mojo.az Avto
Mojo.az Avto

Özbəkistanda elektron siqaretlər qadağan edilib

07.01.2025 19:15 2 292
Özbəkistanda elektron siqaretlər qadağan edilib
Özbəkistan parlamentinin Qanunverici (aşağı) palatasının deputatları növbəti plenar iclasda respublikada elektron siqaretlərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Bu barədə Qanunverici Palatanın Mətbuat Xidməti məlumat verib.

Məlumata görə, həmçinin, tüstüsüz tütün məhsullarının, nikotin istehlakı üçün cihazların, o cümlədən elektron siqaretlərin qanunsuz dövriyyəyə buraxılması ilə bağlı hüquq pozuntularına görə məsuliyyət müəyyən edilir.

Qeyd olunur ki, ekspertlərin fikrincə, elektron siqaretlər nikotindən əlavə, insan sağlamlığına və ətraf mühitə ciddi ziyan vuran 80 müxtəlif kanserogen və toksik kimyəvi birləşmə və ağır metallar ehtiva edir. Xüsusilə, orqanizmdə nikotin asılılığının artması beyində patoloji strukturların formalaşmasına, uşaq və yeniyetmələrdə intellekt, bilik və qabiliyyətlərin azalmasına səbəb ola bilər.

"Sənədin qəbulu əhali, xüsusilə gənclər arasında sağlam həyat tərzinin formalaşmasına xidmət edəcək", - mətbuat xidməti əlavə edib.

Özbəkistan qanunvericiliyinə əsasən, qanun layihəsi üçüncü oxunuşda qəbul edildikdən sonra Senat (parlamentin yuxarı palatası) tərəfindən təsdiqləndikdə və respublika prezidenti tərəfindən imzalandıqda qüvvəyə minəcək.

Son xəbərlər