Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) | 11:59 Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı | 11:57 Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək | 11:56 Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Rəhbər şəxs saxlanıldı | 11:54 Sumqayıtda bədbəxt hadisə: Ölən var | 11:53 Azərbaycan nefti kəskin ucuzlaşdı | 11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Dörd tələbəyə qarşı quldurluq edən keçmiş məhkum hakim qarşısına çıxarıldı

06.09.2024 18:02 2 133
Dörd tələbəyə qarşı quldurluq edən keçmiş məhkum hakim qarşısına çıxarıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 181.2.1-ci (bir qrup şəxsə qarşı quldurluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Süleyman Bayram oğlu Əsgərovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, əvvəllər məhkumluq həyatı yaşayan Süleyman Əsgərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 4 tələbəsinə qarşı quldurluq edib. Məhkəmədə ilk olaraq Məhəmmədəli Namazov şahid qismində ifadə verərək qeyd edib ki, keçən il ADMİU-nun 2-ci kursunda oxuyarkən Süleyman Bayram oğlu Əsgərov onu parkda yanına çağırıb:

"Əl uzatdı salamlaşdı, adımı, yaşımı soruşdu. Sonra keçdi pul məsələsinə. Dedi burada qohumum olan qızı döyüb 175 manat pulunu alıblar. Mən həmin şəxsi axtarıram, tapsam, ona pis olacaq. Özüm 10 il həbsdə olmuşam. Sənin çantanı yoxlasam, əgər o pul oradan çıxsa sənin üçün pis olacaq. Dedim problem yoxdur, əlimi sıxdı, dedi kişi adamsan".

Digər şahid Punhan Quliyev də ifadə verərək bildirib ki, ADMİU-nun 3-cü kursunda oxuyur:

"27 sentyabr 2023-cü ildə dərsdən çıxıb evə getmək istəyən zaman keçmiş qrup yoldaşım Əli Nuruzadəni gördüm, o dedi ki, dünən mənə parkda bıçaq çəkib 20 manatımı alıblar, ehtiyatlı ol. Ondan ayrılıb metroya gedəndə daş pilləkənlərin yanında Süleymanı gördüm, mənə dedi ki, qohumumu döyüb pulunu alıblar. Sonra mənə dedi ki, üstündə nə qədər pulun var? Mən dedim ki, sənin nəyinə lazımdır? O da dedi ki, niyə belə sərt danışırsan? Mən neçə il həbsdə olmuşam, sənin üçün yaxşı olmaz. Bu vaxt arxadan qızla oğlan gəlirdi. Onları görüb mənimlə sağollaşdı. Mən bir az qabağa gedəndən sonra yadıma düşdü ki, Əliyə qarşı cinayət törədən bu adamdır. Dərhal Əlini tapdım, gedib dekanlığa dedik. Onlar da bizə dedilər ki, həmin yolla getməyin, oradan mühafizəçiləri göndərəcəyik tapsınlar həmin adamı. Mən yenə keçiddən keçəndə Süleymanı gördüm, hətta mənimlə salamlaşdı da. Mən bunu universitetin mühafizəçilərinə deyəndə, onlar mənə dedilər ki, oranın universitetə aidiyyəti yoxdur. Biz məcbur qalıb Əli ilə gedib Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə şikayət etdik ki, belə bir adam tələbələrə hədə-qorxu gəlib pul alır".

Məhkəmə prosesi sentyabrın 20-nə kimi təxirə salındı.

Qeyd edək ki, ötən ilin iyul ayında Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılan Süleyman Əsgərov bundan öncə də quldurluq maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Süleyman günün istənilən vaxtında əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə bıçaqla hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş. Narkotik istifadəçisi olan Süleyman Əsgərov əldə etdiyi pulları narkotik vasitələrin alışına sərf edib.

Son xəbərlər