Mojo.az Banner
21:05 Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilib  |     21:01 AFFA 3 komandanı texniki məğlubiyyətlə cəzalandırdı  |     20:54 Ukraynaya 90 milyard avroluq kredit ayrıldı  |     20:49 Məşhur reper faşist adlandırıldı - Konsertləri ləğv edilir  |     20:41 Azərbaycan millisinin baş məşqçisi işdən çıxarıldı  |     20:36 Bazarlarda bu məhsullar UCUZLAŞDI - Video  |     20:30 Bu ölkədə qida məhsullarında Çernobıl izləri tapıldı  |     20:24 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlandı  |     20:17 Bu, dünyanı qida fəlakətinə aparır  |     20:12 Sərxoş vəziyyətdə "Ford" sürən şəxs həbs edildi  |     20:04 "Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi  |     19:59 Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!  |     19:52 Sabah 25° isti olacaq  |     19:47 Qarabağ və Şərqi Zəngəzura 386 milyon manat vəsait qoyulub  |     19:40 Sosial yardım alanların əmlakı sığortasız qalıb  |     19:34 45 min iranlı evsiz qalıb  |     19:25 Dəhşətli qəzada ölən qadın müəllim imiş  |     19:20 Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     19:11 İkinci finalçı "Sabah" - "Qarabağ" oyununda müəyyənləşəcək  |     19:06 Türkiyədə bələdiyyə sədri həbs olundu  |    
Left Banner
Right Banner

Sabiq məmurun oğlu azadlığa buraxıldı

06.09.2024 12:28 1 593
Sabiq məmurun oğlu azadlığa buraxıldı
Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbasovun oğlu, "Konstra" MTK-nın təsisçisi və sədri Bəsrət Abbaslı azadlığa buraxılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi B.Abbaslı barəsindəki hökmü dəyişib. O, dünən məhkəmə zalından azadlığa buraxılıb.

Həmçinin B.Abbaslı və atasına məxsus əmlaklar üzərinə qoyulmuş həbs qərarı da götürülüb. Sözügedən əmlakların bir neçə milyon manat dəyərinin olduğu bildirilir.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən ilin dekabrında çıxardığı hökmə əsasən, MTK-nın direktoru Dilafir Rəsulov və əməkdaşı Tahir Əliyev də təqsirli bilinib. D.Rəsulov və T.Əliyev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda zərər vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), B.Abbaslı isə yalnız 303.2-ci maddəsi (müsadirə edilməli olan əmlakı gizlətmə və ya mənimsəmə, habelə əmlakın müsadirə olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icra olunmasından başqa cür yayınma) ilə ittiham edilirdi. Onlar zərərçəkmiş şəxslərdən pul alsalar da, ev verməyib, pulu öz maraqları üçün xərcləyiblər.

Əvvəlki hökmə əsasən, D.Rəsulov 13 il 6 ay, T.Əliyev 13 il, B.Abbaslı 1 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. İstintaq dövründə zamində olan B.Abbaslı məhkəmə zalında həbs olunmuşdu.

Qeyd edək ki, "Konstra MMC" şirkəti ilə əlaqədar uzun müddətdir narazılıqlar var. Məsələ ilə bağlı açıqlama verən Bəsrət Abbaslı bildirmişdi ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur. Onun sözlərinə görə, sadəcə cavan olduğu üçün əksər görüşlərə atasını da aparıb.скачать dle 11.3
Mojo.az Banner