Mojo.az Banner
12:14 Azərbaycan nefti beş dollar BAHALAŞDI  |     11:59 Ağsuda küçədə meyiti tapılan şəxslə bağlı İLGİNC FAKTLAR (Yenilənib)  |     11:49 "Brent" markalı neft KƏSKİN BAHALAŞDI  |     11:45 UEFA Avropa Liqası: 1/8 final mərhələsinə start verilir  |     11:43 Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur  |     11:34 Tehranda "qara yağış": Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - Video  |     11:20 Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edir - Video  |     11:18 Proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı açıqlandı  |     23:02 Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək  |     22:57 Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra işdən çıxarıldı  |     22:50 İrandan Azərbaycana təxliyə: Daha 42 xarici vətəndaş sərhədi keçdi  |     22:45 "Neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun" - İran  |     22:36 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:30 Bu rayonlarda qanunsuz kömür quyuları aşkarlandı  |     22:22 Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtı  |     22:17 Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi  |     22:09 Dardanel boğazı müvəqqəti bağlandı  |     22:05 Könül Həmzəyeva saxlanıldı  |     21:55 İnzibati cərimələr bu halda 20 gün ərzində geri qaytarılacaq  |     21:47 Tiktoker “Şiva” həbs edildi  |    
Left Banner
Right Banner

"Qarabağ" ardıcıl 11-ci dəfə avrokubokun ƏSAS MƏRHƏLƏSİNDƏ

30.07.2024 22:32 1 368
“Qarabağ” ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində oynayacaq.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlməklə nail olub.

Ağdam klubu bununla da qitə miqyaslı turnirlərin əsas raunduna vəsiqəni təmin edib. Azərbaycan çempionu "Linkoln" səddini keçməklə ən azı Avropa Liqasının pley-offunda oynamaq hüququ qazanıb. III təsnifat mərhələsində qələbə komandanı qitənin ikinci dərəcəli turnirinin əsas raunduna daşıyacaq. Pley-offdakı uğursuzluq isə çempionumuzun Konfrans Liqasının eyni mərhələsində iştirakını rəsmiləşdirəcək.

“Qarabağ” ardıcıl 11-ci dəfə qitə kuboklarının əsas raundunda oynayacaq. Əvvəlki 10 mövsümdə pley-offdan sonra qrup mərhələsi başlayırdısa, cari mövsümdən etibarən 36 komandanın qatılacağı Liqa mərhələsi təşkil olunacaq.

Ağdam təmsilçisi ÇL-in III təsnifat mərhələsində "Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) (2:0) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Linkoln"u 2:0 və 5:0 hesabları ilə məğlub edib.скачать dle 11.3
Mojo.az Banner