Mojo.az Banner
23:01 Bu balıq bir neçə ay oksigensiz yaşaya bilər: Bunu necə edir?  |     22:56 Bakıda mobil internetin vəziyyəti necədir?  |     22:50 Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?  |     22:42 Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq  |     22:35 İsveçrə Rusiyaya görə beş azərbaycanlıya sanksiya tətbiq etdi  |     22:30 Şənbə günü sulu qar yağacaq  |     22:23 "Porsche"nin satışları 10 faiz azaldı  |     22:18 Gəncədə 73 yaşlı qadını maşın vurdu  |     22:10 "Hamı qorxu içindədir, şikayət edirik, eşidən yoxdur" - Paytaxtda aparılan tikinti sakinlər üçün təhlükə yaradıb (Video)  |     21:57 Fransada Azərbaycan mətbəxi təqdim olunub: Blua şəhərində "Səbzi plov" maraqla qarşılanıb  |     21:54 Münhen Təhlükəsizlik Konfransı İran XİN rəhbərinə dəvətini geri götürüb  |     21:44 Türkiyə Ermənistanla sərhəd məntəqəsini bu tarixdə açacaq  |     21:37 Naməlum Antarktida: Buz təbəqəsinin altında nələr var?  |     21:29 Dövlət Xidməti 3 ədəd avtomobil alır - QİYMƏT  |     21:22 Daha bir ərazidə piyada zonası yaradılır - Video  |     21:09 ABŞ-Ukrayna danışıqlarının növbəti raundu keçiriləcək  |     20:54 Niyə müasir uşaqlar 10 il əvvəlkindən daha tez-tez xəstələnir? - Həkimdən açıqlama  |     20:49 Dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ  |     20:46 Goranboyda 12 yaşlı uşaq öldü  |     20:41 "Neomotors" barəsində Dövlət Agentliyində iş qaldırıldı - SƏBƏB  |    
Left Banner
Right Banner

ADY vətəndaşlara müraciət etdi - VİDEO

23.07.2024 15:15 558
ADY vətəndaşlara müraciət etdi - VİDEO
Bu il ərzində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus qatarların keçdiyi dəmir yolu xətlərinə 22 dəfə kənar əşya qoyulub.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, dəmir yolu relsləri üzərinə daş düzülməsi, dəmir, təkər və digər böyük əşyaların qoyulması buna misal ola bilər.

Belə hallar zamanı hərəkətin təhlükəsizliyinə ciddi təhlükə yaranır, qatarların hərəkət qrafiki pozulur, sərnişinlərin və yüklərin daşınmasında, mənzilbaşına vaxtında çatdırılmasında yubanmalar yaşanır. Bununla yanaşı qatar heyəti və sərnişinlərin həyatı risk altına düşür.

"Siz də dəmir yolu xətti üzərində kənar əşya görsəniz, yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 "Əlaqə Mərkəzi"nə dərhal məlumat verin", - məlumatda qeyd olunur.скачать dle 11.3