Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:42 Maşını 160-la sürəndə qəza törədibmiş - Faciəvi hadisənin detalları | 19:37 Prokuror keçmiş vəkilə ağır cəza istədi | 19:30 Sabah Bakıda yağış yağacaq | 19:25 10 ayda sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb | 19:16 Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA | 19:11 "Süni intellektdən ehtiyatlı olmalıyıq" - Trampdan xəbərdarlıq | 19:04 “Aston Villa”da yeni müqavilə | 18:56 “WhatsApp” istifadəçilərini sevindirəcək YENİLİK | 18:32 Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər | 18:23 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı | 18:16 "GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı | 17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ |
Mojo.az Avto
Mojo.az Avto

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəylinin məhkəməsi başlayıb

22.07.2024 18:16 1 806
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəylinin məhkəməsi başlayıb
Almaniyada mühacirətdə olmuş, Azərbaycan tərəfindən axtarışa verilmiş, bir qədər əvvəl Bakıda həbs olunan Müsavat fəalı Mehdi Xəlilbəylinin məhkəməsi başlayıb.

APA-nın əldə etdiyi xəbərə görə, Mehdi Xəlilbəylinin ittiham olunduğu cinayət işi materialları Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində ittiham aktı elan olunub.

Proses avqustun 23-də davam etdiriləcək.

Qeyd edək ki, Mehdi Xəlilbəyli bu ilin əvvəlində Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.

Mehdi Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə - 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.

Bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.

Mehdi Xəlilbəylinin istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib. O, Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü bildirib.

Qeyd edək ki, Mehdi Xəlilbəyli Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü kimi Almaniyada mühacir alverində də ittiham olunub. 2019-cu ilin noyabr ayında Almaniya polisi siyasi mühacir alverində və saxta sənəd hazırlamaqda şübhəli bilinən azərbaycanlıları saxlayıb.

Saxlanılanlar arasında Almaniyada yaşayan Mehdi Xəlilbəyli də olub. Bununla bağlı məhkəmə prosesi keçirilib. Mehdi Xəlilbəyli 2020-ci ilin yanvar ayında azadlığa buraxılıb.

Son xəbərlər