Mojo.az Banner
23:00 Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi  |     22:40 Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb?  |     22:29 Dünyanın ən populyar avtomobili seçildi - TOP-10  |     22:22 İranda 200-dən çox silahlı etirazçı saxlanılıb  |     22:14 Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq  |     22:08 Gürcüstanda turistlər qar uçqunu altında qaldı  |     22:01 Tanınmış alim Mustafa Qarayev vəfat etdi  |     21:56 Bakıda moped və motosiklet oğruları saxlanıldı  |     21:44 "Zibilin iyindən evdə yata bilmirik" - Bakıda baxımsız qalan park (VİDEO)  |     21:37 Kameraları sındırıb ödəmə terminallarından oğurluq edirmiş - Analoji cinayət  |     21:29 Zaqatalada maşın aşdı, ölən var  |     21:22 Xəzərin durumu balıq bazarını silkələyir  |     21:17 Tibbi-meteoroloji proqnoz açıqlanıb  |     21:08 İranın təhlükəsizlik qüvvələrinin əməkdaşları idmançını güllələyərək öldürüb  |     20:54 Ötən gün itkin düşmüş 5 nəfər tapılıb  |     20:46 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |     20:37 Ağcabədi və Bərdədə mağazadan oğurluq edən şəxs saxlanılıb  |     20:30 "Apple"ı şoka salan mənzərə: iOS 26 niyə "zirzəmidə" qaldı?  |     20:24 İndoneziya "Grok" çat-botunu cinsi məzmun səbəbindən bloklayıb  |     20:16 Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb  |    
Left Banner
Right Banner

Bakıda məşhur klinikada süni mayalanma fırıldağı: "Kişi uşağının atası olmadığını öyrəndi" - ŞOK OLAY (FOTO)

12.02.2024 12:32 3 393
Bakıda məşhur klinikada süni mayalanma fırıldağı:
"Övladı olmayanların süni mayalanmaya əl atması halları artır. Məlum olduğu kimi, həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə hüceyrələr donorlara məxsusdur? Söz açacağım hadisə məhz bu qəbildəndir".

Median.Az yenisabah.az-a istinadən xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.

O, bildirib ki, işin təfərrüatları Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli Qərarında əks olunub:

"Deməli, süni mayalanma nəticəsində ailədə əkiz övladlar dünyaya gəlib. 7 ildən sonra boşanıblar. Bu əsnada arvad kişiyə deyib ki, sən heç uşaqların atası da deyilsən (amma aliment tələb edib və alıb da). Sən demə, kişi tam sonsuzdur. Kişinin dediyindən belə çıxır ki, bunu bilən həkim (Türkiyə əsilli) arvada başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, o da razılaşıb. Amma bunu kişidən gizlədiblər.

Kişi məhkəməyə müraciət edərək, atalığının ləğv olunmasını tələb edib. Amma başda Ali Məhkəmə olmaqla məhkəmələr iddianı təmin etməyiblər (yəni kişi ata kimi qalıb və aliment ödəməyə məcbur edilib). Bu zaman Ali Məhkəmə iki arqument gətirib: 1) bioloji ata olmadığını bilmədiyini və buna razılıq vermədiyini kişi sübut etməlidir; 2) kişinin razılığı olmadan klinika belə əməliyyat apara bilməzdi.

Bu arqumentlər əlbəttə ki, gülüncdür. Kişi necə sübut etsin ki, razılıq verməyib? Əksinə, klinika sübut etməlidir ki, kişi yazılı formada razılıq verib. Amma klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib. Deməli, razılıq da olmayıb. Olmayıbsa, digər kişinin donorluğundan istifadə qanunsuz olub. Arvad və klinika (həkim) sövdələşərək kişini aldadıblar.

Odur ki, süni mayalanmaya gedən kişilər və qadınlar! Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Xüsusən də bu kişilərə aiddir. Çünki bu uşaqların doğulması, bir qayda olaraq, qadınların razılığı ilə baş verir. Sonradan da məhkəmələr bu fırıldağa qanuni don geyindidir. Bildiyimə görə digər oxşar məhkəmə işləri də var!"скачать dle 11.3