Rumıniya Rusiyanın Odessaya hücumu ilə bağlı “F-16”ları havaya qaldırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:21 Xankəndidə xeyli silah-sursat aşkarlanıb  |     23:00 İki radio kanalına ümumölkə yerüstü yayımçısı lisenziyası verildi  |     22:53 Hərbi qulluqçumuz intihar etdi: Cinayət işi başlanıldı  |     22:45 Ermənistanda itkin düşən Ruslan Pənahov Azərbaycana təhvil veriləcək - YENİLƏNİB  |     22:39 Martda hansı bürclər evdən daha az çıxıb daha diqqətli olmalıdırlar?  |     22:30 Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür? - AÇIQLAMA  |     22:19 Metsamor AES İğdırı zəhərləyir  |     22:11 Bakıda 68 yaşlı kişi itkin düşüb  |     21:53 Belçika paytaxtında terror aktının qarşısı alınıb  |     21:46 İntihar edən 13 yaşlı qızla bağlı İDDİA: “Anasının hərəkətindən çox utanırdı”  |     21:38 Azərbaycanda meyit donordan orqan götürülməsi mümkün olacaq? - VİDEO  |     21:30 Gömrük Akademiyasının iki əməkdaşını vuraraq öldürən sürücüyə hökm oxundu  |     21:22 Aİ gələn ildən Ukrayna qazının tranzitindən imtina edəcək  |     21:16 Suraxanıda “Azərsu” əməkdaşı borca görə su borusunu kəsib? - AÇIQLAMA + VİDEO  |     21:08 Bakının bəzi ərazilərində qazın verilişində məhdudiyyətlər olacaq  |     20:53 Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var  |     20:35 Bayden Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb  |     20:24 Miqrantların Aİ ölkələrindən deportasiyası artıb  |     20:10 Avropa İttifaqı "Apple"ı külli miqdarda cərimələdi  |     20:08 Bakıda sahibsiz itlərlə hansı qurum mübarizə aparır?  |    

Rumıniya Rusiyanın Odessaya hücumu ilə bağlı “F-16”ları havaya qaldırıb

Rumıniya Silahlı Qüvvələri Rusiyanın Ukraynanın Odessa bölgəsində həyata keçirdiyi irimiqyaslı pilotsuz uçuş aparatlarının hücumuna cavab olaraq “F-16” qırıcılarını qaldırıb.

Ölkənin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi Odessa ilə həmsərhəd Tulça və Qalati əyalətlərində hava həyəcan siqnalı verib.

Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, sakinlər təxminən səhər saat 03:00-a qədər hava bildirişləri alıblar və ikinci həyəcan siqnalı səhər saat 05:00-də verilib və 06:20-yə qədər davam edib. Bundan əlavə, “Fetesti” hərbi aviabazasından “F-16” hərbi təyyarələri “milli hava məkanında axtarış missiyalarını yerinə yetirmək üçün” qaldırılıb.

Müdafiə Nazirliyi bildirib ki, həyəcan siqnalları zamanı Rumıniyanın hava məkanının pozulması halları qeydə alınmasa da, Rusiya Federasiyasının Ukraynanın Dunay limanlarında mülki infrastruktura hücumlarını pisləyir və bu hücumları əsassız və beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qəbul edir.

Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 31 pilotsuz təyyarə ilə hücuma keçdiyini, onlardan 23-nün vurulduğunu bildirib. Odessa və İzmaildə mülki infrastruktura ziyan dəyib.

Mənbə: Unianскачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            297 10.02.24 18:06