Bəzi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməyəcək - Siyahıda DƏYİŞİKLİK » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Bəzi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməyəcək - Siyahıda DƏYİŞİKLİK

Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edib.

APA-nın xəbərinə görə, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar qazpaylayıcı stansiyanın operatorları, texnoloji boru kəmərlərinin quraşdırıcıları siyahıya daxil edilib.

Dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının ocaqçıları, dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri, dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinist köməkçiləri, parovozların qazanlarının isti yuyulması ilə məşğul olan qazançılar, parovozların depo ocaqçıları, kükürdlü nefti və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib və təhvil verənlər və parovozların qazan yuyucuları siyahıdan çıxarılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınır.

“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı sığorta-pensiya sistemində aparılan ardıcıl islahatlar nəticəsində güzəştli şərtlərlə pensiya hüququ verən siyahının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Güzəştli şərtlərlə (5 il erkən) pensiya hüququ verən peşə və vəzifələrin hazırda qüvvədə olan Siyahısı 35 hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarətdir. Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də müasir texnologiyanın istehsalata tətbiqi nəticəsində güzəştli pensiya hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişiklikləri zəruri edir.

Qərar sözügedən siyahının təkmilləşdirilməsi, eyni zamanda Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarına əsasən keçirilmiş iş yerlərinin attestasiyanın nəticələrinə əsaslanan dəyişiklikləri əks etdirir.

Qərarda Kənd Təsərrüfatı Nazirliyinin, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfindən keçirilmiş iş yerlərinin attestasiyanın nəticələrinə görə 3 sahə üzrə peşələrin adları yeni redaksiyada verilmiş, 6 yeni peşənin adı güzəştli peşələr siyahısına əlavə olunub.

Qərara əsasən aidiyyəti qurumların təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşə adının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            459 10.02.24 13:15