Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:26 Bakıda “By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb | 20:18 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ | 20:09 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR | 20:00 "Nvidia" şirkətinin baş direktoru vəzifəsinə qayıtdı | 19:57 Sabah bəzi ərazilərdə qaz kəsiləcək | 19:52 İnterpol insan alverində və terrorçuluqda ittiham olunan iki azərbaycanlı qadını axtarır | 19:38 Rusiyada prodüser Elmir Məhərrəmovun meyiti tapıldı | 19:28 Neftçalada boru partladı, rayon susuz qaldı | 19:13 Rafiq Əliyevə məxsus binası dördüncü dəfə hərraca çıxarılır | 18:46 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? | 18:11 50 kq-dan çox narkotik maddə ilə tutulan şəxsə ağır cəza | 17:58 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar | 17:37 300 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə ittiham aktı elan edildi | 17:29 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü | 17:14 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb | 16:59 Su polisi brakonyerlik edən şəxsləri yaxaladı | 16:56 İlham Əliyev Donald Trampa təşəkkür etdi | 16:32 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət | 16:23 Azərbaycanda bu il 300-dən çox pensiyaçı nikah bağlayıb - Rəsmi | 16:00 Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Seçki günü Ombudsmanın ünvanına şikayət və müraciət daxil olmayıb

08.02.2024 17:53 2 376
Seçki günü Ombudsmanın ünvanına şikayət və müraciət daxil olmayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində aparılmış müşahidələrlə bağlı mediaya açıqlama verib.

Ombudsman Aparatından verilən məlumata görə, açıqlamada Müvəkkil seçkilər zamanı müşahidələrin bütün ölkə üzrə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda yaradılmış yeni seçki məntəqələrində də aparıldığını, bu ərazilərdə təşkil edilmiş 26 yeni seçki məntəqəsində vətəndaşların seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığının müşahidə olunduğunu bildirib.

Qeyd edilib ki, əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 nəfər əməkdaşı növbədənkənar prezident seçkilərində müşahidəçi qismində respublika üzrə 115 seçki dairəsinin 885 seçki məntəqəsində - Bakıda və ölkəmizin digər 41 şəhər-rayonlarında, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda və muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidələr aparıblar. Müşahidələr, həmçinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, Heydər Əliyev adına Hərbi İnstitutda və 16 penitensiar müəssisələrdə təşkil olunmuş seçki məntəqələrində də aparılıb.

Açıqlamada bildirilib ki, müşahidələr zamanı Ombudsman həm məntəqə seçki komissiyalarının üzvləri, həm də müşahidəçilər və seçicilərlə bilavasitə görüşüb, səsvermə prosesi ilə bağlı onların rəylərini öyrənib. Pozuntu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə edilməyib.

Səbinə Əliyeva siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda, müstəqil və bitərəf olan müşahidəçilərin nizamla, bir-birinə qarşılıqlı hörmət şəraitində bu prosesdə iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, əlilliyi olan seçicilər üçün həmin hüquqların həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.

Ombudsman müşahidələrin nəticəsi olaraq, prezident seçkilərinin əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirildiyini bildirib.

Növbədənkənar prezident seçkiləri ərəfəsində həyata keçirilmiş fəaliyyət barədə də məlumat verən Müvəkkil Ombudsman təsisatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Bakıda, Gəncədə, Şəkidə, Masallıda, Qubada və Naxçıvanda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu qeyd edib. Səbinə Əliyeva bildirib ki, seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi elan edildiyi gündən başlayaraq, yerlərdə seçki təbliğatının aparılması üçün müəyyən edilən açıq və qapalı yerlərdə müşahidələr aparılıb, vətəndaşların seçki hüququnun təmini, seçki qanunvericiliyinin tələblərinin icrası vəziyyəti dəyərləndirilib. Sevindirici haldır ki, dövlət həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda keçirilib.

Yekunda Müvəkkil növbədənkənar prezident seçkilərində vətəndaşların təməl hüququ olan seçki hüququnun yüksək səviyyədə təmin olunduğunu qeyd edib.

Son xəbərlər