Mojo.az Banner
23:07 Gəncədə yeniyetməni avtomobil vurdu  |     22:56 MTK-lar daxili krediti niyə azaldıblar? (VİDEO)  |     22:51 İbrahimoviç Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib  |     22:28 “Fənərbağça”nın prezidenti sərbəst buraxıldı  |     22:19 Astarada mobil telefonunda qumar oynayan şəxs cərimə edildi  |     22:11 "Mersedes" Dubayda 8 milyardlıq şəhər inşa edir  |     22:01 Polad Bülbüloğlu oğlu ilə Şuşadakı evinin bağını göstərdi - VİDEO  |     21:47 Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü  |     21:42 Bu il neçə kişi sığınacağa müraciət edib?  |     21:34 Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb  |     21:26 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - VİDEO  |     21:17 Keçmiş prokuror vəfat etdi  |     20:57 Rusiya ordusu bu kəndləri ələ keçirdi  |     20:49 Murad Övüç həbs edildi  |     20:28 Avropa ölkələri Ukrayna üçün hər il bu qədər pul ödəyəcək  |     20:22 Amnistiyanın icrasına başlanılıb  |     20:18 MDB liderləri Sankt-Peterburqa toplaşır - Tarix açıqlandı  |     19:58 Bu şəhərdə sadəcə 18 dəqiqə gündüz olacaq  |     19:45 Bu şəxslərə bayramla əlaqədar 500 manat verildi - RƏSMİ  |     19:23 İranda İsraillə əlaqədə ittiham olunan gənc edam olunacaq  |    
Left Banner
Right Banner

Metroda sərnişinin telefonunu oğurladı: Format edib özü işlətdi

08.02.2024 15:44 1 341
Metroda sərnişinin telefonunu oğurladı: Format edib özü işlətdi
Bakı Metropolitenində sərnişinin telefonunu oğurlayan şəxsə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, oğurluğu törətməkdə təqsirləndirilən 15 avqust 1966-cı ildə Bakı şəhərində anadan olmuş Vüqar Əliyev saxlanılıb.

O, ötən ilin noyabr ayında metronun “Nəriman Nərimanov” stansiyasından “Gənclik” stansiyası istiqamətinə hərəkət edən qatarda Gülər (şərti) adlı sərnişinin cibindən “BakıKart” ictimai nəqliyyat ödəniş kartını və “Xiaomi Redmi Note” markalı mobil telefonu oğurlayıb.

Vüqar Əliyev oğurladığı telefonu format etdikdən sonra özü işlətməyə başlayıb. Aparılan araşdırma zamanı telefonun yeri müəyyənləşdirilib və Vüqar Əliyev hadisəni törətdiyini etiraf edib.

Məhkəmənin qərarı ilə əvvəllər məhkum olunmuş Vüqar Əliyev Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.скачать dle 11.3