Aleksandar Vuçiç İlham Əliyevə təbrik ünvanlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Fransa Qarabağda yeni müharibəyə zəmin hazırlayır? - VİDEO  |     22:36 Azərbaycanda qız evinə gələn bəyin hərəkəti gündəm oldu - VİDEO  |     22:24 Tramp Cənubi Karolina praymerizində qalib gələcəyinə ümid edir  |     22:16 Navalnının nəşi anasına verilib  |     22:09 Bazar gününə olan hava proqnozu açıqlanıb  |     22:01 Bakıda qadın dəm qazından boğularaq ölüb  |     21:55 Bakıda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb  |     21:47 Azərbaycanda ən varlı müğənni kimdir?  |     21:41 Azərbaycanda ət ucuzlaşdı - VİDEO  |     21:29 Şuşa-Laçın yolunda vəhşi atlar görüntüləndi (VİDEO)  |     21:22 Kəlbəcərin İstisu qəsəbəsindən yeni görüntülər (VİDEO)  |     21:10 Blogerin 200-lə sürdüyü "Range Rover"in nömrəsi satılır - 18 min AZN (FOTO)  |     21:05 Dörd il əvvəl itkin düşdüyü deyilən qızı atası və ögey anası öldürübmüş - TƏFƏRRÜAT  |     21:00 Çində baş verən yanğında 15 nəfər ölüb, onlarla xəsarət alan var  |     20:18 MN: “Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır”  |     20:08 Lənkəranda avtomobil yanıb  |     19:00 Dörd il əvvəl itkin düşdüyü deyilən qızı atası və ögey anası öldürübmüş - TƏFƏRRÜAT  |     18:50 Azərbaycanlı idmançı Gürcüstanda baş məşqçi təyin edildi  |     18:12 Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu  |     18:11 Bakıdakı maşınqayırma zavodundan NADİR GÖRÜNTÜLƏR - VİDEO  |    

Aleksandar Vuçiç İlham Əliyevə təbrik ünvanlayıb

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Median.Az 
xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur.

Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm.

Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.
Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik.

Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm".
скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 07.02.24 22:25