Mojo.az Banner
22:50 Bu halda sürücüləri 40 manat cərimə gözləyir - Video  |     22:45 "ChatGPT"də reklamlar necə yayımlanacaq?  |     22:41 Azərbaycanın təhvil verdiyi erməninin pasportu yox imiş  |     22:33 2 179 abonentin qazı kəsiləcək  |     22:27 Paşinyan 28 il əvvəl 20 Yanvar haqqında bunları demişdi - VİDEO  |     22:21 Qızılın qiyməti tarixi maksimumu yenilədi  |     22:00 Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Fotolar  |     21:27 Qərib Mehdi vəfat edib  |     21:21 Mətanət Eminova vəfat etdi  |     21:14 Azərbaycanda şəlalə dondu - FOTOLAR  |     21:07 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     20:59 Cəlilabadın bir sıra ərazilərində elektrik enerjisinin verilişi təmin olunub  |     20:41 "Euronews": Sovet qətliamının xatirəsi Azərbaycanın müstəqillik arzularında əsas amilə çevrilib  |     20:16 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     19:30 Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi  |     19:24 Yanvarın 21-22-si ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ  |     19:18 Ən intellektual 3 BÜRC  |     18:54 Rusiyada miqrantlara bank hesabı açmaqla bağlı qadağalar qoyula bilər  |     18:26 Əliyar Ağayev Avroluqa oyununa təyinat aldı  |     18:10 "Qarabağ"dan yeni transfer - Qurban Qurbanov açıqladı  |    
Left Banner
Right Banner

ÜST: Afrika vəbaya yoluxmanın episentrinə çevrilib

06.02.2024 19:31 1 674
ÜST: Afrika vəbaya yoluxmanın episentrinə çevrilib
Afrika dünyada yayılan vəba xəstəliyinin episentrinə çevrilib.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika regional bürosunun fövqəladə hallar üzrə mütəxəssisi Fiona Braka Cenevrədə keçirdiyi brifinqdə bildirib.

F.Braka 2021-ci ildən bəri bütün dünyada vəba xəstəliyinin artdığını, amma Afrika, xüsusən də onun şərq və cənub hissələrinin bu gün episentr olduğunu söyləyib.

“Bu ilin ilk dörd həftəsində ÜST-nin Afrika bölgəsindəki 10 ölkə 26 mindən çox xəstəliyə yoluxma, 700 ölüm faktı bardə məlumat verib. Bu rəqəmlər 2023-cü ilin eyni dövrü ərzində qeydə alınan rəqəmlərdən təxminən iki dəfə çoxdur”, - F.Braka deyib.

ÜST ilk növbədə Zambiya və Zimbabvedəki vəziyyətdən narahatdır. Mozambik, Tanzaniya, Konqo Demokratik Respublikası, Efiopiya və Nigeriya da xəstəliyin aktiv yayılması barədə məlumat verib.

“Virusun, xüsusən də bu pik ötürülmə dövründə, digər ölkələrə yayılması riski yüksəkdir”, - F.Braka vurğulayıb. O bildirib ki, Zambiyada 1,7 milyondan çox insan peyvənd olunub, Zimbabvedə isə 2,3 milyon insanın peyvəndlənməsi planlaşdırır.

Keçən həftə Zambiyada xəstəliyin yayılmasının yavaşlamasının ilk əlamətləri görülüb. Diqqəti vəba əleyhinə vaksin çatışmazlığına cəlb edə ÜST-dən bildirilib ki, su təchizatının yaxşılaşdırılması, sanitariya və gigiyena, epidemioloji nəzarətin genişləndirilməsi, eləcə də keyfiyyətli və vaxtında müalicəyə diqqət yetirilməsi lazımdır.скачать dle 11.3