Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Stəkanı 20 manata olan eşşək südü qızılcanın dərmanıdır? – Həkimdən açıqlama

26.01.2024 22:59 2 283
Stəkanı 20 manata olan eşşək südü qızılcanın dərmanıdır? – Həkimdən açıqlama
Stəkanı 20 manata satılan, qədimdən nənələrin öskürək dərmanı eşşək südü qızılca və göyöskürək epidemiyasında yenidən aktuallaşıb.

Sosial şəbəkələrdə analar eşşək südü axtarır, dərmanların yox, məhz bu südün uşağa kömək etdiyini yazır. Həkimlər bunu qəti tövsiyə etməsə də fakt faktlığında qalır.

Eşşək südü həqiqətənmi uşaq xəstəliklərinin qənimidir?

Median.Az xəbər verir ki, medicina.az-a açıqlamasında tanınmış həkim Seyfəddin Əsəd eşşək südünün faydası və təsirindən danışıb.

"Eşşək südünün tərkibini, özəlliyini, təsir mexanizmini hələ öyrənməyiblər. Amma göyöskürəyi çox yaxşı kəsir. Bu xəstəlikdə nə içirsən faydalı olmur, xəstəyə əziyyət verir. Qədimdən eşşək südü ilə antibiotik olmayan vaxtlarda uşaqları sağaldırdılar. Qızılcada da çox yaxşı təsir edir. İnək südü bişirilib, qaynadılıb verilməlidir ki, brüselyoz keçməsin, amma eşşək südü çiy verilir. Yəni onun tərkibi o qədər keyfiyyətlidir ki, qaynatmağa ehtiyac yoxdur. Eşşək südü ana südünə də tərkibcə yaxındır. Bütün mövcud südlərin içində çox güclüdür. Bu süd qiymətlidir, 2 günə kəsilməyən öskürəyi kəsir".

Həkim bildirib ki, Avropada, qonşu Türkiyədə eşşək təsərrüfatları var. Bu heyvanın əti də, südü də faydalıdır. Bizdə də bu sahə artırılmalıdır.

"Almaniyada Reyn çayı sahilində eşşəyə abidə qoyublar. Azərbaycanda eşşək və at əti qanunla qadağan deyil. Sadəcə qanunsuz satanları tuturlar, qoymurlar. Türkiyədə araşdırın, nə qədər eşşək təsərrüfatı var. Satırlar, yeyirlər, heç kim də xəstələnmir. Bildiyim qədəri ilə Bakı ətrafında, Qaradağda onun təsərrüfatını yaratmışdılar, çox təəssüf ki, oju yığışdırdılar. Özü də aiddiyatı olmayan qurumlar, adamlar mübarizə apardılar. İndi dünyanı epidemiyalar cənginə alıb, görürsüz, nə qədər xəstə, uşaqlar da ölür, əgər bu dərmandırsa, bunu artırmaq lazımdır, qadağan etmək yox. Çox qiymətli məhsuldur, həm uşaqlar, həm böyüklər də içə bilər. Dünyanın heç yerində eşşək südünə qadağa yoxdur".

Son xəbərlər