Mojo.az Banner
23:00 Sürücülərin tez-tez etdiyi bu səhvlər avtomobilin xərclərini artıra bilər - ARAŞDIRMA  |     22:53 Uşaqlara kolbasa və sosis verməyin - Pediatrdan valideynlərə çağırış  |     22:48 Azərbaycanda maye qaz da bahalaşdı - 5 qəpik - FOTO  |     22:40 Azərbaycan əhalisi ən çox bu sosial şəbəkə hesablarından istifadə edir  |     22:35 Şəhid atası vəfat etdi  |     22:29 "Soyuqdəymə dərmanları" hara yoxa çıxıb? - Apteklərdə tapılmır...  |     22:22 Avtomobillərin evdə şarj edilməsinə görə cərimə varmı? – "Azərişıq"dan açıqlama  |     22:17 “Baku City Karting”də ölən yeniyetmənin FOTOSU  |     22:08 Hindistandan vətəndaşlarına İran xəbərdarlığı  |     22:03 Rusiya bu ölkə vətəndaşlarına sanksiya tətbiq etdi  |     21:56 Şamaxıda gənc müəllim vəfat etdi  |     21:51 Masallıdakı "İlk Addım Uşaq Bağçası" lisenziyasız fəaliyyət göstərirmiş  |     21:46 Avokado seçimində qızıl qayda - Nəyə diqqət edək?  |     21:36 Bu il üçün müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı  |     21:28 Limon qabıqlarını atmayın: Ev təmizliyində güclü və qənaətcil üsul  |     21:22 Hərbçilər üçün müavinət ödənişlərində yeni qayda: Kim nə qədər alacaq? (Video)  |     21:14 Nigeriyada bazar qan gölünə çevrildi - Onlarla insan öldürüldü  |     21:09 Bu il maaş və pensiyalar nə qədər artırılacaq? - AÇIQLAMA  |     21:00 Polis iki gündə 26 avtomat, 11 tüfəng, 26 qumbara aşkarlandı  |     20:55 Bayram günlərində 8 nəfər qəzada ölüb  |    
Left Banner
Right Banner

Ağstafada bıçaqlanan şəxsin çağırışına təcili tibbi yardım briqadası gecikib?- AÇIQLAMA - YENİLƏNİB (VİDEO)

26.01.2024 16:10 3 555
Ağstafada bıçaqlanan şəxsin çağırışına təcili tibbi yardım briqadası gecikib?- AÇIQLAMA - YENİLƏNİB (VİDEO)
Sözügedən hadisə ilə bağlı çağırış yerinə təcili tibbi yardım briqadası gecikməyib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xəstəxananın yaxınlığında baş vermiş hadisə ilə bağlı ötən gün saat 19:48-də çağırış daxil olub və 19:54-də xəstə tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çatdırılıb:

“Yaralıya döş qəfəsinin və sol böyrək nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub, dərhal əməliyyata götürülüb. Hazırda xəstənin vəziyyəti stabildir, müalicəsi davam etdirilir”.

* * * * *

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. 37 yaşlı Nuran Saleh oğlu Babayev tanışı tərəfindən bıçaqlanıb. Hadisə Ağstafa ərazisindəki çayxanalardan birinin qarşısında baş verib. Bıçaqlanan Nuran Babayev M.T.Məmmədov adına Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə zəng vurub və təcili yardım maşını göndərmələrini istəyib. Xəstəxanadan yaralı şəxsə isə: “Maşınımız yoxdur, özün gələ bilirsənsə, gəl”, - deyilib.

Yaralı şəxs sürünə-sürünə özünü xəstəxanaya yetirməyə çalışıb. Huşunu itirdiyindən yola davam edə bilməyib. Gözünü açanda isə özünü xəstəxanada görüb.

Son vaxtlar ölkədə təcili tibbi yardımın işi ilə bağlı müxtəlif məzmunlu şikayətlərin çoxalması məsələni yenidən aktuallaşdırıb. Sözügedən məsələdə isə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin yaralı xəstənin çağırışına məsuliyyətsiz yanaşması problemin ciddiliyindən xəbər verir.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin dispetçeri Səbinə Əhmədova Bizim.media-ya açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Bizim briqadalarımız çağırışda olduğuna görə “maşınımız yoxdur” yox, sadəcə, “yanınızda adam varmı, onunla gələ bilərsinizmi?” deyilib. Xəstə isə yaralı olduğu üçün gələ bilmədiyini, biz isə “gözləyin, görək nə edirik” demişik. Heç beş dəqiqə olmayıb, bizdən maşın, Terapiya Şöbəsindən isə tibb bacısı göndərilib və xəstəni gətirmişik. O qədər məsafəni xəstə sürünüb gələ bilməz. Çünki ora çox kiçik məsafədir və 100 metri yanlış cümlə ilə ifadə edir. Sadəcə, küçədən yola çıxıb”.

Səbinə Əhmədovanın sözlərinə görə, rayon üzrə iki təcili yardım briqadası fəaliyyət göstərir:

“Əlavə feldşerlərimiz də olur və belə hadisələr baş verəndə onları göndəririk. Həmin hadisə vaxtı feldşerimiz də olmayıb. İki briqadamız isə çağırışda olub. Buna görə başqa maşın və həkim təşkil edib xəstəni yoldan götürmüşük”.

Məlumat üçün bildirək ki, 01.01.2013-cü il tarixinə olan məlumata görə, Ağstafa rayonunun əhalisi 82 min 702 nəfər təşkil edir. Rayon əhalisinin 20 min 435-i şəhərdə, 62 min 267-si kənddə yaşayır.

Rayonda iki təcili yardım briqadasının olması 80 mindən yuxarı əhali sayına nisbətdə çox azdır və sadəcə, faciəvi durumdur. Bəs səbəb nədir?

Məsələyə isə cavabdeh qurumlar aydınlıq gətirməlidirlər.

Problemlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərsək də, bu mövzuda heç bir cavab ala bilməmişik.скачать dle 11.3