Mojo.az Banner
16:44 İnterpolla axtarılan 82 nəfərin yeri müəyyən edilib  |     16:24 Bakıda DƏHŞƏTLİ HADİSƏ - İki nəfər yanaraq öldü  |     15:25 Azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib  |     15:11 Dövlət orqanlarının məlumat bazalarına kiberhücum edən şəxsin cəzası azaldılıb  |     14:59 Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər  |     14:58 Alyona Əliyeva Arzu Əliyevanı təbrik etdi - FOTO  |     13:50 Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb  |     13:42 Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı  |     13:37 Şənbə günü hava yağmursuz keçəcək  |     13:34 Qarabağda qalan sonuncu ermənilər də Ermənistana köçürüldü  |     13:22 Suriyadan gətirilən ana və uşaqları sosial xidmət müəssisəsinə yerləşdirildilər  |     13:07 Altı milyon manatlıq mənimsəmədə ittiham olunan MN-in sabiq xidmət rəisinin cəzası azaldıldı  |     13:00 Sahibkarlara ŞAD XƏBƏR: Yoxlamalar daha bir il olmayacaq  |     12:47 Bakıda restoranda ad günü məclisində artıq yazılmış hesaba görə dava düşdü: Həbs olunan var  |     12:41 Gürcüstandan Azərbaycana ekstradisiya edilən şəxslər DGK-dakı qaçaqmalçılıq işi üzrə axtarışda olublar  |     12:33 Göygöldə adam bıçaqladı, Daşkəsəndən qohumu ilə birgə mal-qara oğurladı - Məhkəmə işi  |     12:10 Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib  |     12:10 Bakıda 60 yaşlı kişi iynədən şoka düşüb öldü - TƏFƏRRÜAT  |     12:09 Füzulidə 16 kiloqram narkotik vasitə aşkarlanıb - Video  |     12:06 Bakı Dəmiryol Vağzalında ölüm  |    
Left Banner
Right Banner

Qərbi Azərbaycan İcması Aİ-nin ali nümayəndəsinə cavab verib

05.12.2023 18:38 2 496
Qərbi Azərbaycan İcması Aİ-nin ali nümayəndəsinə cavab verib
Qərbi Azərbaycan İcması Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin yenidən yalan danışması, Azərbaycana böhtan atması ilə bağlı dərin hiddətini ifadə edir.

Bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, J.Borrel guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib:

“Heç ermənilərin özləri 150 min rəqəmini dilə gətirmir və J.Borrelin bu rəqəmi haradan götürməsi suallar doğurur. J.Borreldən soruşuruq: Bəs Ermənistan nə qədər Qərbi azərbaycanlını öz dədə-baba yurdundan deportasiya edib?! Aydındır, ikili standartlara, məsələlərə etnik və dini simpatiya əsasında yanaşdığına görə J.Borrel heç vaxt bu barədə danışmayacaq”.

İcmanın bəyanatında vurğulanıb ki, J.Borrel və Avropa İttifaqı rəsmiləri Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etməsini, etnik təmizləmə həyata keçirməsini, Xocalı soyqırımını törətməsini, şəhər və kəndlərin, mədəni irsin, məscidlərin dağıdılmasını, mina terrorunu heç vaxt pisləməyiblər:

“J.Borrel və Avropa İttifaqı 21-ci əsrdə bir ölkənin paytaxtında-İrəvanda minlərlə insanın “Türksüz Ermənistan” şüarı adı altında aksiya keçirməsini də pisləməyiblər. 2023-cü il sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hədyanlar söyləyən J.Borrel niyə öz çıxışında elə həmin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən düz 27 il qulaqardına vurulmasına toxunmayıb?

“Münaqişə həll edilməyib” deyən J.Borrelə xatırladırıq ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ münaqişəsini həll edib və J.Borrelin və ya hansısa Avropa İttifaqı rəsmisinin fərqli mövqeyi heç nəyi dəyişdirmir.

J.Borrellə Avropa Parlamenti arasında artıq heç bir fərq hiss olunmur. Bu mənada, açıq qalan sual belədir: J.Borel və Avropa Xarici Siyasət Xidməti Avropa Parlamentinə təlimat verir, ya əksinə?

J.Borrelin bu açıqlamasını qətiyyətlə rədd edirik. J.Borrel Azərbaycanın daxili işlərinə müdaxilədən, onun suverenliyini təhdid etməkdən, separatizmə, revanşizmə dəstəkdən əl çəkməlidir. Separatizmi müdafiə etmək belə yaxşıdırsa, o, öz ölkəsində separatizmə dəstək verə bilər. J. Borrel öz açıqlamaları ilə bir daha göstərir ki, regiondan kənar qüvvələrin Cənubi Qafqazda yeri yoxdur və Cənubi Qafqaz geosiyasi rəqabət məkanı olmamalıdır.

J.Borrel və onun kimilərinin sayəsində Avropa İttifaqının Azərbaycan cəmiyyətində nüfuzu lap aşağı düşüb. Yaranmış vəziyyətdə, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi ola biləcəyi yəqin ki, mümkünsüzdür”.скачать dle 11.3