Qızılcaya yoluxma ilə bağlı xəbərdarlıq: Təhlükəli vəziyyət gözlənilir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Qızılcaya yoluxma ilə bağlı xəbərdarlıq: Təhlükəli vəziyyət gözlənilir?

İki gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev şagirdlər arasında qızılcaya təşvişə düşəcək sayda yoluxma olarsa, məktəblərin qapanmaya gedə biləcəyi ilə bağlı açıqlama verib.

Bəs, doğurdan da qızılcaya yoluxma hallarında ciddi təhlükə gözlənilirmi?

Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq, qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

Bildirilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə edilir:

“Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. Hadisələrin epidemioloji təhlili göstərir ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarının olmasıdır. Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvənd olunmayan uşaqlardır”.

“Peyvənd mütləq vurulmalıdır”

İnfeksionist Mərdan Əliyevin sözlərinə görə, son günlərdə qızılcaya sürətli yoluxma qeydə alınır və bunun səbəbi də peyvəndləmənin olmamasıdır:

“Xüsusən də uşaqların peyvəndinin olmaması onların qızılcaya yoluxmasına səbəb olur. Uşaqların anadan olandan üç yaşına qədər olan peyvəndlər, rutin peyvəndləri mütləq vurulmalıdır. Uşaqlar bir və altı yaşında qızılcayla bağlı vaksinasiyaya cəlb olunmalıdır. Bu peyvəndlər olmadıqda, uşaqlar təəssüf ki, digər infeksion xəstəliklərə qarşı da müdafiəsiz olurlar. Hazırda qızılca geniş yayılmaqdadır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            870 02.12.23 16:44