İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:21 Gəncədə ƏMƏLİYYAT: Yarım milyonluq narkotik ələ keçdi - FOTO  |     12:20 Gəncədə küçədə meyit aşkarlanıb  |     11:54 Rusiyanın baş naziri Azərbaycana ikigünlük səfərə gəlir  |     11:53 Türkiyədə qiymət artımı sürətlənib  |     11:53 Ağdamda körpü uçub? - İDDİA (VİDEO)  |     11:48 Şirvanda qəribə olay: Falçıya inanan qadın 125 min manat itirdi  |     11:47 Bu gün insanları ruhən təmizləyən, mənən gücləndirən Od çərşənbəsidir  |     11:41 Əhməd Əhmədovun vəkili ekspertiza rəyindən DANIŞDI  |     11:40 Çində güclü zəlzələ olub  |     11:21 Xankəndidə xeyli silah-sursat aşkarlanıb  |     23:00 İki radio kanalına ümumölkə yerüstü yayımçısı lisenziyası verildi  |     22:53 Hərbi qulluqçumuz intihar etdi: Cinayət işi başlanıldı  |     22:45 Ermənistanda itkin düşən Ruslan Pənahov Azərbaycana təhvil veriləcək - YENİLƏNİB  |     22:39 Martda hansı bürclər evdən daha az çıxıb daha diqqətli olmalıdırlar?  |     22:30 Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür? - AÇIQLAMA  |     22:19 Metsamor AES İğdırı zəhərləyir  |     22:11 Bakıda 68 yaşlı kişi itkin düşüb  |     21:53 Belçika paytaxtında terror aktının qarşısı alınıb  |     21:46 İntihar edən 13 yaşlı qızla bağlı İDDİA: “Anasının hərəkətindən çox utanırdı”  |     21:38 Azərbaycanda meyit donordan orqan götürülməsi mümkün olacaq? - VİDEO  |    

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Fürsətdən istifadə edərək ölkənizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının rəsmi açılışı münasibətilə də sizi təbrik edir, tədbirin işinə uğurlar diləyirəm.

Dini və mədəni köklərlə bir-birinə bağlı olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimiz gündən-günə daha da möhkəmlənir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir.

Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Ölkələrimizin dostluq ənənələrinin qorunub saxlanmasında, ikitərəfli münasibətlərimizin bugünkü səviyyəyə yüksəlməsində sizin böyük əməyiniz vardır.

Biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət verir, birgə fəaliyyətimizi yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu yaxınlarda ölkənizin “Masdar” şirkəti tərəfindən tikilən və regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı qardaşlıq əlaqələrimizin növbəti bariz təzahürüdür.

Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş ikitərəfli münasibətlərimiz və səmərəli, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etməyə və güclənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.скачать dle 11.3




Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 335 01.12.23 17:42