Mojo.az Banner
17:51 Paytaxtın bəzi küçələrində sıxlıq var  |     17:45 Zabratda evdə yıxılan qadın öldü  |     17:44 Sosial şəbəkədə qeyri-etik sözlər işlətdi, həbs olundu (FOTO)  |     17:30 İcra başçısının müavini işdən çıxdı  |     17:29 Perinatal Mərkəzdə təmir bitsə də, fəaliyyətə başlamır - 7 körpənin öldüyü yanğın  |     17:21 Şərurda qardaşı oğlunu çəkiclə öldürməkdə təsirləndirilən əmiyə hökm oxundu  |     17:07 "Nənəmin təndiri" CƏRİMƏLƏNDİ  |     16:38 AFFA iki komandaya texniki məğlubiyyət verib  |     16:23 "Papanin hospitalı"nın rəisi İŞDƏN ÇIXARILDI: Yerinə təyinat oldu  |     16:10 Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib  |     16:08 Bakıda yaşayış binasındakı yanğında xəsarət alan olub?  |     16:07 Kimlər avara hesab olunur və onları nə qədər cərimə gözləyir? – HÜQUQİ İZAH  |     14:40 DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində qərar qəbul edildi  |     14:19 Anasına görə gömrük əməkdaşını öldürən yeniyetmənin məhkəməsi başladı  |     14:15 Günəşdə güclü partlayışlar baş verib  |     14:14 Türkiyədə zəlzələ oldu  |     14:13 Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı  |     14:13 "Çelsi" xal itirdi, "Nyukasl" "Tottenhem"ə qalib gəldi  |     14:12 Naxçıvanın 101 yaşlı sakini vəfat etdi  |     14:12 Paşinyan separatçıların həbsindən danışdı  |    
Left Banner
Right Banner

Sahil Babayev ipoteka krediti ilə mənzil alanlara ev verilməməsinə münasibət bildirib

27.11.2023 18:47 1 260
Sahil Babayev ipoteka krediti ilə mənzil alanlara ev verilməməsinə münasibət bildirib
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ipoteka krediti ilə mənzil əldə edən şəxslərə dövlətin ev verməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

“Report”un məlumatına görə, nazir bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, imtiyazlı şəxslərə mənzil veriləndə növbəlilik prinsipi əsas götürülür:

“Növbəni yerli icra hakimiyyəti orqanları müəyyən edir. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, imtiyazlı şəxs mənzil uçotuna götürüldükdə onun mülkiyyətində olan mənzil sahəsi nəzərə alınır. Sahə normativdən azdırsa çatışmayan hissə qədər dövlət mənzil sahəsi verə bilər. Bu günə qədər 14 150 mənzil verə bilmişik. I və II Qarabağ müharibəsi şəhidləri, əlilləri nəzərə aldıqda bu rəqəm qat-qat çoxdur. Belə tələbin Mənzil Məcəlləsindən çıxarılması onunla nəticələnə bilər ki, ehtiyacı daha çox olanlar gözləyə-gözləyə digər kontingentə 2-ci və ya 3-cü evlər verilə bilər. Ən az mənzili olmayan insanların təminatı yekunlaşana qədər bu mexanizmlə davam edilə, növbəti mərhələdə digər şəxslərin mənzil təminatına baxıla bilər”.скачать dle 11.3