Mojo.az Banner
22:57 İrandakı partlayışın səbəbi bilindi - FOTO  |     22:52 AĞIR QƏZA: Qadın sürücü və 3 sərnişin xəsarət aldı  |     22:44 Ucarda iki nəfər dəm qazından zəhərləndi  |     22:37 Əbdül Mahmudov xəstəxanadan danışdı: "Zəng edib, Rasim Balayevə deyəcəyəm ki... "  |     22:24 Azərbaycanda kişi bu mesaja görə bacanağını və arvadını bıçaqladı  |     22:06 Dərsliklərin rəqəmsallaşdırılması təklif edildi: Uşaqlar üçün faydaları və riskləri  |     21:56 Mozambikdə vəba nəticəsində ölənlərin sayı 48-ə yüksəldi  |     21:49 Fevralda bu BÜRCLƏR maddi rahatlıq tapacaqlar  |     21:40 Bakıda müğənninin dələduzluğa məruz qalması ilə bağlı yayılan məlumatlara DİN-dən reaksiya  |     21:20 Ağdamdakı cinayətin ŞOK təfərrüatı  |     21:11 Filippində bərə qəzasında ölənlərin sayı 36-ya çatdı  |     20:56 Goranboyda şagirdi döyən direktora cinayət işi açıldı  |     20:46 Azərbaycan incəsənətinə ağır itki:Xalq rəssamının qızı VƏFAT ETDİ  |     20:29 İribuynuzlu heyvan idxalı artdı - Ət ucuzlaşacaq?  |     20:18 Sumqayıtda toyda faciə: 49 yaşlı kişi rəqs edərkən öldü  |     19:56 Çörəksiz bir ay - Bədəninizdə nə baş verir?  |     19:39 Arvadını öldürmək istəyən şəxsin cəzası azaldıldı - Səbəb  |     19:27 Pakistanda törədilən hücumlarda 10 polis əməkdaşı həlak olub  |     19:17 Rusiyada azərbaycanlının 2 milyonluq evi ƏLİNDƏN ALINDI  |     19:09 Balakəndə kişi bu mesaja görə bacanağını və arvadını bıçaqladı - QISQANCLIQ  |    
Left Banner
Right Banner

Kürdəmirdə qızılcadan ölən azyaşlının peyvənd olunmadığı məlum olub

23.11.2023 16:07 1 329
Kürdəmirdə qızılcadan ölən azyaşlının peyvənd olunmadığı məlum olub
Kürdəmir Rayonu Qağacılı kənd sakini 14.10.2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 18.11.2023-cü il tarixində yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək üç gün sonra təkrar müayinəyə dəvət olunub.

21.11.2023-cü il tarixində ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib, həkim məsləhəti alıb.

23.11.2023-cü tarixdə saat 09:10-da xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib. Meyit patoloji anatomik təşrihə verilib.

Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub.скачать dle 11.3