Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? |
Mojo.az Avto
Mojo.az Avto

Nigeriyalı jurnalist: “Bakıda çox aktual mövzular müzakirə olunur”

21.11.2023 14:48 5 271
Nigeriyalı jurnalist: “Bakıda çox aktual mövzular müzakirə olunur”
“Azərbaycanın paytaxtında keçirilən bugünkü tədbirin mövzusu dünyada baş verən müasir hadisələr kontekstində çox aktualdır. Burada müstəmləkəçiliyin yeni növlərinə qarşı mübarizə məsələlərindən bəhs edilir”.

“Report” xəbər verir ki, bunu Nigeriyadan olan jurnalist Kayode Komolafe Bakıda “Dekolonizasiya: Qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Belə tədbirlər müstəmləkəçiliyin nəticələrini bütün dünyaya nümayiş etdirməyə imkan verir. Lakin bununla bağlı vacib fakt odur ki, müasir dünyada neokolonializm, həmçinin beynəlxalq ictimai rəy və siyasətin imperialist manipulyasiyası müşahidə olunur”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, insan haqlarının pozulması və humanitar problemlər də var.

K.Komolafe buna misal olaraq Qəzza zolağı ətrafındakı vəziyyəti göstərib:

“Qəzzada uzun sürən hərbi əməliyyatlar fonunda regionda son dərəcə ciddi insan haqları pozuntuları və humanitar böhran mövcuddur”.

Son xəbərlər