Müdafiə Nazirliyi 15 gün müddətində hərbçilərin maaşları ilə bağlı təkliflərini hökumətə təqdim edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:54 Lavrov: “Azərbaycan tərəfi üçtərəfli razılaşmalardakı məsələlərin həllinin tərəfdarı olduğunu təsdiqləyir”  |     15:35 Gəncədə iki evdə yanğın olub  |     15:19 Milli parkda “tok”la ov edən şəxs saxlanıldı  |     15:09 Xankəndi-Bakı ultramarafonunun ikinci mərhələsinin qalibi müəyyənləşib - FOTO  |     15:07 “Azəriqaz”dan ödənişlərlə bağlı XƏBƏRDARLIQ: Fasilə olacaq  |     15:05 İstirahət gününün HAVA PROQNOZU  |     14:56 Nazirlikdə qazinin çənəsini sındıran idmançıya hökm oxunub - VİDEO  |     14:52 Xankəndidə cəbbəxana aşkarlandı  |     14:50 Narkoman sürücü Bakıda insanların həyatını təhlükəyə atdı - VİDEO  |     14:48 Bakıda yuxuya dalan yeddi yaşlı uşaq valideynlərini təşvişə saldı - VİDEO  |     14:46 Göygölün dörd kəndində əməliyyat: Polislər xeyli silah-sursat aşkarladılar  |     14:37 Azərbaycan nefti bahalaşıb  |     14:21 Azərbaycanın BMT-yə üzv olmasından 32 il keçdi  |     14:20 Argentinada ölkənin yeganə xəbər agentliyi bağlanır  |     14:18 Yevlaxda qətl: Qadının əri könüllü təslim oldu  |     14:17 Dünya bazarında neft qiymətləri kəskin artıb  |     14:16 Neftçalada 30 yaşlı kişi intihar edib  |     14:12 Mask tanınmış şirkəti məhkəməyə verib  |     14:11 Dünyada piylənmədən əziyyət çəkən insanların sayı AÇIQLANDI: Şok rəqəm  |     14:10 Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdən 10 faizə düşüb  |    

Müdafiə Nazirliyi 15 gün müddətində hərbçilərin maaşları ilə bağlı təkliflərini hökumətə təqdim edəcək

Müdafiə Nazirliyi 15 gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

Bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla Müdafiə Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği, nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddi, vəzifələrin siyahısı və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.скачать dle 11.3




Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            642 21.11.23 12:21