Hacıqabul sakinlərində qanunsuz silah aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Hacıqabul sakinlərində qanunsuz silah aşkarlanıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayonunun Nəvahı qəsəbə sakini, əvvəllər müxtəlif cinayət əməllərinə görə yeddi dəfə məhkum olunmuş Vüqar Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zamanı bir ədəd atəşə yararlı “AK-74” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 12 ədəd patron aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini, əvvəllər oğurluq və narkotiklərə görə məhkum olunmuş Niyaməddin Həsənov saxlanılıb. Ondan isə bir ədəd lüləsi və qundağı kəsilmiş odlu silah aşkarlanaraq götürülüb.

Həmçinin şöbə əməkdaşlarının müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması, eləcə də könüllü olaraq təhvil verilməsi ilə istiqamətində apardıqları nəzarət-profilaktiki tədbirlər zamanı ötən həftə ərzində beş sakindən müvafiq sənədləri olmayan ov silahı aşkarlanıb. Altı sakin isə bir ədəd qələm silahını və beş ədəd sənədsiz ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Bundan əlavə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çarı ilin yanvar ayında rayon sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Səxavət Səmədov da saxlanılıb.

Aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, S.Səmədov vətəndaşın etibarından istifadə edərək, onu dövlət qurumlarının birində işlə təmin edəcəyi barədə vədlər verərək zərərçəkənin 9 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edilən bütün faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 290 20.11.23 12:25