Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:32 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi | 18:23 Bakıdakı qətllə bağlı yeni detallar: "İsgəndər xırıltılı səslə boğazının ağrıdığını dedi" | 18:18 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi | 18:08 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi | 17:58 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarıldı (VİDEO) | 17:57 Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq | 17:30 6 min manat pensiya alan da var, 100 manat alan da – AÇIQLAMA | 17:27 Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır | 17:03 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi | 16:59 Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq | 16:48 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - FOTO | 16:32 Saatlıda ekoloji cinayət: Qanunsuz balıq ovlayan şəxs 260 saat ictimai işlərə cəlb edildi | 16:18 Peşə təhsilində 33 yeni ixtisas yaradılıb | 16:09 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib | 16:03 Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı | 16:00 Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi | 15:45 Avtomobil sahiblərini ciddi dəyişikliklər gözləyir: Köhnə maşınlara məhdudiyyət GƏLİR | 15:31 İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi | 15:25 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub | 15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Qızlar gimnaziyası”nda həyata keçiriləcək işlərlə tanış olublar

07.11.2023 18:12 2 577
İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Qızlar gimnaziyası”nda həyata keçiriləcək işlərlə tanış olublar
Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə tarixi abidə barədə məlumat verilib.

Bildirilib ki, Şuşada müstəqil qız məktəbi 1875-ci il oktyabrın 26-da Şuşa əhalisinin təşkil etdiyi “Xeyriyyə cəmiyyəti” tərəfindən təsis olunub. Dini etiqadından və mənşəyindən asılı olmayaraq, bütün qızlara burada təhsil almaq imkanı yaradılmışdı. Tədris planına rus dili, hesab, ana dilində oxuma, yazma, hüsnxət, rəsm, rəsmxət, ümumi coğrafiya, tarix, ölkəşünaslıq daxil idi. Eyni zamanda, məktəbdə milli mahnılar öyrədilir, təbiət, tarix və fizikadan dərs verilirdi. Məktəbdə təhsil ödənişli olsa da, kasıb ailələrin övladları təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə fransız və alman dilləri də tədris edilir, musiqi öyrədilirdi. Qızların rus dilində təhsilinə diqqəti artırmaq və xərcin bir qismini xəzinədən ödəmək şərti ilə Şuşa qız məktəbi 1894-cü ildə Şuşa Marinski qız məktəbi adını aldı və dördsinifli məktəbə çevrildi. Məktəb 120 şagirdlə fəaliyyətə başladı. Artıq 1895-1896-cı tədris ilində burada 147 qız təhsil alırdı. Bu məktəbin təşkili azərbaycanlı qızların da rus dilində təhsilinə şərait yaratmışdı. Şuşa Marinski qız məktəbi qadınların təhsili sahəsində, azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynayıb. 1894-cü ildə Şuşada iki şəxsi qız məktəbinin əsasında Müqəddəs Mariya qız məktəbi yaradılmış, bununla da azərbaycanlı qızların Avropa təhsilinə yolları açılmışdı.

Qeyd edilib ki, bina sovet dövründə internat məktəbi kimi də fəaliyyət göstərib. Gələcəkdə buranın dekorativ tətbiqi sənət mərkəzi və mədəni sahələr üzrə inzibati bina kimi istifadə olunması planlaşdırılır.

Son xəbərlər